İndi əməkhaqlarını ödəmək daha rahat olacaq
(®️) Kiçik və orta sahibkarların etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı iş adamlarının fəaliyyət imkanlarını genişləndirmək üçün məhsul şərtlərini dəyişib.
Bank özünün “Əmək haqqı layihəsinə dəstək” kredit məhsulunu yeni şərtlərlə müştərilərə təqdim edib. Bu məhsul kiçik və orta sahibkarların əmək haqqı xərclərinin maliyyələşdirilməsini nəzərdə tutur. Belə ki, işçilərinin əmək haqlarının ödənişi üçün təcili vəsaitə ehtiyacı yaranan sahibkarlar bu vəsaiti qısa zamanda Azərbaycan Beynəlxalq Bankından əldə edə bilərlər.
Kreditin özəllikləri:
-Məbləğ: 5000 AZN-dən 350000 AZN-dək;
-Müddət:12 ayadək;
-İllik faiz dərəcəsi: 12%-dən başlayaraq.
Bu kredit məhsulunun daha bir üstünlüyü ondan ibarətdir ki, kreditin əldə edilməsi üçün əlavə maliyyə təhlilinə ehtiyac yoxdur. Kredit müştərinin son 6 aylıq ardıcıl əmək haqqı fondunun müvafiq göstəriciləri nəzərə alınmaqla ayrılır. Müştəri ödəniş qrafikini özü müəyyənləşdirir. “Əmək haqqı layihəsinə dəstək” krediti haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar.
Bu imkandan hər bir kiçik və orta sahibkar faydalana bilər. Digər bankların əməkhaqqı layihəsinə qoşulmuş müştərilərin də bu kreditdən faydalanmasına şərait yaradılır. “Əmək haqqı layihəsinə dəstək” krediti üçün Azərbaycan Beynəlxalq Bankının bütün filiallarına müraciət etmək mümkündür.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının faydalı və universal məhsul və xidmətləri, həmçinin Sahibkarlar Klubunun imtiyazlı üzvlüyü barədə məlumatları bankın 41 filial və 35 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 18 d. əvvəl
- 32 d. əvvəl
-
-
39 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
52 d. əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib




























