Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Bu gün turizmdə uğur artıq yalnız ölkəyə gələn turistlərin sayı ilə ölçülmür.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm" mövzusunda beynəlxalq konfransda deyib.
"Çünki artıq turizmdə uğur yalnız turist sayının artması ilə deyil, həm də yaradılan dəyərin necə paylandığı, təbiətə və icmalara necə təsir etdiyi ilə ölçülür. Başqa sözlə, məqsəd yalnız turizmi inkişaf etdirmək deyil, onun dayanıqlılıq meyarları ilə inkişafını təmin etməkdir,- Fuad Nağıyev bildirirb".
Onun sözlərinə görə, hazırda turizm sahəsində uğurun qiymətləndirilməsi meyarları dəyişir: "Azərbaycanın əsas məqsədi isə zəngin təbii və mədəni irsi yalnız təqdim etmək deyil, həm də onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir".
Sədr qeyd edib ki, Dövlət Turizm Agentliyi tərəfindən dayanıqlı turizmin inkişafı istiqamətində mühüm addımlar atılır: "Bu çərçivədə təbiət əsaslı turizm marşrutlarının inkişafı, həmçinin ekoturizm və aqroturizm istiqamətlərinin genişləndirilməsi prioritetlər sırasındadır. Qlobal iqlim dəyişiklikləri fonunda turizm sektorunun gələcəyi sağlam ətraf mühitin qorunmasından, təbii sərvətlərdən səmərəli istifadədən və dayanıqlı inkişaf prinsiplərinin tətbiqindən asılıdır".
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 871,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
3 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
























