Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb

Ermənistanın beynəlxalq internet bağlantısı Azərbaycan üzərindən təmin ediləcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

“AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.

Reklam_3_11

Razılaşma çərçivəsində regionun aparıcı magistral internet operatoru “AzerTelecom” beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.

Bu kimi razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının daha da artırılmasına və telekommunikasiya sahəsində əməkdaşlığın inkişafına yönəlib.

“AzerTelecom” haqqında

AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla internet trafikinin topdansatışı, rabitə xidmətləri, innovativ rəqəmsal həllər və digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edir.  AzerTelecom” Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan transkontinental “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsini həyata keçirir.

“AzerTelecom” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.

İctimaiyyətlə əlaqələr şöbəsi: [email protected]

İş elanları AzVak.az-da

AzerTelecom Telecom Armenia AzerTelecom Telecom Armenia müqaviləsi internet trafikinin tranziti Ermənistan internet bağlantısı Azərbaycan üzərindən internet tranziti beynəlxalq internet bağlantısı beynəlxalq internet trafiki magistral internet operatoru internet trafikinin təchizatı telekommunikasiya əməkdaşlığı regional internet bağlantısı regional telekommunikasiya bağlantı marşrutlarının diversifikasiyası telekommunikasiya şəbəkələri şəbəkə etibarlılığı rəqəmsal bağlantı rəqəmsal infrastruktur Azərbaycan telekommunikasiya bazarı Ermənistan telekommunikasiya bazarı internet tranzit müqaviləsi AzerTelecom infrastrukturu beynəlxalq rabitə xidmətləri topdansatış internet trafiki innovativ rəqəmsal həllər Rəqəmsal İpək Yolu Digital Silk Way Avropa-Asiya rəqəmsal dəhlizi transkontinental rəqəmsal dəhliz NEQSOL Holding Azerconnect Group
22.06.2026 10:51
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19