İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
“Ticarət bankı” kimi tanınan "Standard Chartered" (Böyük Britaniya bankı) hesabatında bazarların istiqamətini dəyişə biləcək mühüm dönüş nöqtələrinə diqqət çəkib. Bank ilin ikinci yarısında portfelin diversifikasiyası üçün qızılı ön plana çıxarıb.
Marja xəbər verir ki, "Standard Chartered" 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara, S&P 500 indeksinin isə 7950 bəndə çatacağını proqnozlaşdırır. Bankın yarımillik perspektiv hesabatında “yumşaq eniş” ssenarisi əsas ssenari kimi qorunur. Qeyd edək ki, hazrda qlobal bazarlarda qızıl 1,5% ucuzlaşma ilə 4127 dollara ticarət olunur.
Hesabatda qlobal səhm bazarlarının 2026-cı ilin əvvəlindən bəri təxminən 12 faiz dəyər qazandığı bildirilir. Bank bu performansı güclü mənfəət artımı və süni intellektə əsaslanan optimizmlə əlaqələndirir. Eyni zamanda, geosiyasi gərginliklər, yüksək neft qiymətləri və yüksək istiqraz gəlirliliklərinin yaratdığı təzyiqin bu amillərlə tarazlandığını vurğulayır.
Bank səhm bazarları daxilində ABŞ və Yaponiya istisna olmaqla Asiya bazarlarına üstünlük verir. Sabit gəlirli alətlərdə isə inkişaf etməkdə olan bazarların dollarla ifadə olunan istiqrazlarını ön plana çıxarır.
Qızıl bankın üstünlük verdiyi portfel diversifikasiyası aləti kimi xarakterizə olunur. Bankın məlumatına görə, "Standard Chartered"in Qlobal Baş İnvestisiya Direktoru Stiv Brays ilin ikinci yarısında investorlar üçün əsas prinsipləri investisiyada qalmaq, diversifikasiyanı qorumaq və volatillik dövrlərindən yararlanmağa hazır olmaq kimi sıralayıb.
Hesabatda ilin ikinci yarısı üçün kritik dönüş nöqtələri kimi enerji qiymətlərinin dinamikası, ilkin kütləvi təkliflər vasitəsilə bazara çıxarılacaq yeni səhmlərin həcmi, investorların mövqelənməsi və mərkəzi bankların siyasəti göstərilir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
25 d. əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
2 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək





























