Həyacanla gözlənilən lotereyanın qalibləri məlum oldu
15.03.2017-22.06.2017-ci il tarixlarini əhatə edən "Araz" və "Spar" Supermarketlər Şəbəkəsinin öz müştəriləri üçün təşkil etdiyi "Möhtəşəm 100 gün İKİQAT HƏYACAN" adlı stimullaşdırıcı lotereyanın qalibləri 05 iyul 2017-ci il tarixində məlum olub.
Paytaxtın Alov qüllələr kompleksində, "Fairmont" hotelində möhtəşəm final mərhələsi keçirilib. Lotareya canlı şəkildə Araz Supermarketlər Şəbəkəsinin rəsmi youtube kanalında və facebook səhifəsində yayımlanıb.
Uduş fonduna görə öz sektorunda bir ilkə imza atan Araz və SPAR Supermarketlər Şəbəkəsi bu dəfəki lotareyanın tiraj hissəsinə 310 hədiyyə daxil etmişdi. Ümumilikdə isə lotareyanın poz-qazan uduş fonduna yüz mindən çox hədiyyə(Beta, Nestle, Sinbo, Sirab, Hell, Pitbull, Alvien, Yörsan, Clear) daxil idi.Lotereyada "Kristal Abşeron"dan 1 ədəd iki otaqlı və 1 ədəd bir otaqlı tam təmirli mənzil, 3 ədəd KİA Rio avtomobili, “Antalyaya 5 ədəd 2 nəfərlik tur” (bütün xidmətlər daxil), “DOSTTECH”-dən 10 ədəd soyuducu, 20 ədəd paltaryuyan, 20 ədəd LCD TV, 20 ədəd Notebook, 40 ədəd tablet və SİNBO-dan 60 ədəd tozsoran, 60 ədəd ət çəkən, 70 ədəd qablı mikser - şanslı müştərilər tərəfindən qazanıldı.
Uduşlu tirajda Milena Şiriyeva Vladimirovna“Kristal Abşeron”-dan 2 otaqlı tam təmirli mənzil, Şamilov Aydın Gündüz oğlu “Kristal Abşeron”-dan1 otaqlı tam təmirli mənzil, Qarayev Ülfət İbrahimxəlil oğlu, Qurbanov Samir Ramazan oğlu, Qədirova Alidə Aşur qızıKİA Motors-dan KİA Rio qazandı.
Canlı yayımda böyük hədiyyələri qazanan müştərilərlə əlaqə saxlanılaraq onlara "Araz" və "Spar" supermarketlərinin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verilib. Telefonda qalib olmaları xəbərini eşidən müştərilərin sevinclərinin həddi-hüdudu olmayıb. Onlar qısa müddət ərzində çəkliş zalına gələrək öz sevinclərini izləyicilərlə bölüşüb.
Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə "Araz" Supermarketlərində yerləşdirilən lotereya qutuları möhürlü şəkildə xüsusi çəkiliş qurupu və komissiyanın müşayəti ilə "Fairmont" otelinə gətirilmiş və lototrona boşaldılmışdı. "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və "Spar" Supermarketlər şəbəkəsindən 15.03.2017-22.06.2017-ci il tarixlərində hər 20 manatlıq alış-veriş edən bonuskartlı müştəri bir ədəd kupon-lorereya qazanırdı.
Lotareya çəkilişində qalib olan müştərilərin siyahısı www.arazmarket.az saytında və "Araz" və "Spar" Supermarketlər Şəbəkəsinin rəsmi facebook səhifəsində yayımlanıb.Qaliblər öz hədiyyələrini 15 iyul tarixindən etibarən alış-veriş etdikləri Araz və SPAR supermarketlər şəbəkəsinin filiallarından 90 gün ərzində götürə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 10 d. əvvəl
-
-
34 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
38 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
55 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir






















