970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır

AzVak-mobil_resmin_ustu_31
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin ilk 4 ayı ərzində (yanvar-aprel) könüllü qeyri-həyat sığortaları üzrə 169 milyon 263 min manat sığorta haqqı toplanılıb, 44 milyon 582 min manat ödəniş həyata keçirilib.

Bu barədə Marja.az Azərbaycan Respublikasının Mərkəzi Bankının operativ məlumatlarına əsasən göstəricilərinə istinadən xəbər verir.

Bu seqmentin ümumi sığorta haqlarında payı 27,7%, ümumi ödənişlərdə payı isə 14,6% olub.

Qeyri-həyat könüllü sığortalarında ödənişlərin yığımlara nisbəti 26,3% təşkil edib. Yığımlar ödənişləri 124 milyon 681 min manat və ya 73,7% üstələyib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətləri tərəfindən 610 milyon 216 min manat sığorta haqqı toplanılıb. Eyni dövrdə həyata keçirilmiş sığorta ödənişləri isə 304 milyon 353 min manat təşkil edib. Hesabat dövründə sığorta ödənişlərinin yığımlara nisbəti 49,9% olub. Başqa sözlə, sığortaçılar topladıqları hər 100 manat sığorta haqqının təxminən 50 manatını ödəniş kimi geri qaytarıblar. Ümumi bazarda sığorta haqları sığorta ödənişlərini 305 milyon 863 min manat üstələyib. Ödənişlər yığımlardan 50,1% az olub. Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 588 milyon 466 min manat sığorta haqqı toplanımış, 231 milyon 333 min manat sığorta ödənişləri həyata keçirilmişdi.  Ötən ilin eyni dövrünə nisbətən 2026-cı ilin yanvar-aprel aylarında hesablanmış sığorta haqları 3,7 % və ya 21 milyon 750 min manat, sığorta ödənişləri 31,6 % və ya 73 milyon 20 min manat artıb.

İş elanları AzVak.az-da

Sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişləri

22.05.2026 15:30
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19