"Xarici bazarlara çıxışımız çətinləşib, alıcı qıtlığımız var"
Ötən illə müqayisədə bu il qiymətlər ucuzdur.
Göyçay sakinlərinin payızda gəlir sahələrindən biri olan nar təsərrüfatlarında yığıma başlanılıb. Narın həm şirəsi, həm də ondan hazırlanan məhsullar dünyanın onlarla ölkəsinə ixrac olunur.
Son 50 ildə göyçaylılar narın 20-dən çox növünü yetişdirməyə nail olsalar da, əsasən bağlarda Gülövşə, Vələs, Şıxbaba, Şirin nar və Bala Mürsəl nar sortlarının əkilməsinə üstünlük verirlər.
Otuz ildən çoxdur narçılıqla məşğul olan, “Əmək ordeni” ilə təltif edilən Göyçayın Qaraxıdır kənd sakini Eyvaz Səmədov deyir ki, ötən illə müqayisədə bu il məhsul boldur, amma qiymətlər qaneedici deyil. Bunun da əsas səbəbi Rusiya ilə Ukrayna arasındakı problemdir.
“Məlum səbəblərə görə xarici bazarlara çıxışımız çətinləşib, alıcı qıtlığımız var. Çalışırıq bu vəziyyətdən zərərsiz çıxa bilək. Amma bu o demək deyil ki, məhsulumuz ağacda batacaq. Nar elə bir meyvədir ki, onun yerli bazarda kifayət qədər alıcısı var".
Göyçayda narçılığa maraq ildən-ilə artır, məhsuldar nar sortlarının yetişdirilməsi, yeni bağların salınması üçün tədbirlər görülür. Son iki ildə 70 hektar sahədə yeni nar bağları salınıb. Rayonun 20-yə yaxın kəndində yerli əhalinin əsas gəlir mənbəyi olan nar bağlarında, əsasən, ixrac qabiliyyətinə malik sortların yetişdirilməsinə üstünlük verilir. Göyçayın nar bağlarında məhsul yığımı oktyabr ayının ilk günlərindən başlayır, növbəti ayın ortalarına qədər yekunlaşır. Tədarük edilən məhsulun 85 faizi payız aylarında yerli bazarla yanaşı, xarici bazarlarda satılır. Bəzi kənd sakinləri bir qədər əziyyətə qatlaşıb məhsulu qış aylarına qədər saxlayır və baha sata bilir.
Şahsoltanlı kənd sakini Cümşüd Məhiyevin sözlərinə görə, bir neçə gündür həyətlərində olan narın tədarükünə başlayıblar. Yığım prosesi 15-20 gün davam edən nar ilk növbədə çeşidlənir: “Biz birinci növ narı xarici bazarlara göndəririk, ikinci və üçüncü növü rayon və paytaxt bazarlarına, eləcə də şirə emalı zavodlarına satırıq. Xarici bazara çıxarılan məhsulla yerli bazarda satılan məhsulun qiymətində də fərq var. Ötən illə müqayisədə bu il qiymətlər ucuzdur. Qiymətlərin aşağı olmasının yaxşı tərəfi odur ki, hamı nar alıb yeyə bilir".
Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı vardısa, hazırda bağların sahəsi 3632 hektara çatıb. 3562 hektar bağdan isə məhsul yetişir. Bu il hər ağacdan orta hesabla 30-50 kiloqram məhsul götürülür.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
