Dövlət Turizm Agentliyi Dünya Bankı ilə müzakirələr aparıb
Dövlət Turizm Agentliyi ilə Dünya Bankı arasında ölkəmizdə turizmin inkişafına töhfə verəcək layihələr üzrə potensial əməkdaşlıq imkanları sentyabrın 6-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl arasında keçirilən görüşdə müzakirə olunub.
Fuad Nağıyev Azərbaycanda son illərdə dövlət tərəfindən turizmin inkişafına göstərilən diqqəti vurğulayaraq bu sahədə həyata keçirilən cari layihələr haqqında məlumat verib. O, Agentliyinin tabeliyində olan qoruqlarda həyata keçirilən yenidənqurma və bərpa işləri, o cümlədən Qarabağda turizmin dirçəldilməsinə yönəlmiş layihələr haqqında danışaraq bu sahədə beynəlxalq təcrübədən faydalanmağın əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə, həmçinin DTA tərəfindən həyata keçirilən layihələrdə əsas məqsədin mədəni irsin qorunub saxlanması ilə turizmyönlü sahibkarlığın inkişafına dəstək vermək, o cümlədən əhalinin gəlirlilik səviyyəsi və rifah halının yüksəldilməsi ilə dayanıqlı və davamlı inkişafa nail olmağın vacibliyi vurğulanıb.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl Azərbaycanda turizmin inkişafına dəstək verəcək layihələr üzrə əməkdaşlığa önəm verilməsini qeyd edərək indiyədək tarixi-mədəni irsin qorunması üzrə Bakı və Şəki şəhərlərində Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verib. O, turizm təhsili, regional turizmin inkişafı, destinasiyaların idarəedilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi və bu kimi sahələr üzrə Dünya Bankının öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq iqtisadiyyatın mühüm sahələrindən biri kimi turizmin ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində həyata keçirilməsi planlaşdırılan layihə və proqramlar haqqında fikir mübadiləsi aparılıb. Həmçinin turizm biznesi üçün cəlbedici mühitin yaradılması məqsədilə hüquqi-instusional bazanın təşkili, eləcə də Azərbaycanda turizm sahəsində diaqnostik araşdırma sənədlərinin hazırlanması və beynəlxalq təcrübənin tətbiqi baxımından Dünya Bankı tərəfindən mütəxəssis dəstəyinin göstərilməsi məsələsi müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 13 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
























