“Sırf müalicəvi çiçəklərdən toplandığına görə 40-50 manata satırıq”
Bol məhsul götürən arıçılar sərgi-satış yarmarkalarının sayının artırılmasını istəyirlər.
Masallı rayonunda da arıçılıqla məşğul olanların və arı ailələrinin sayı ilbəil artır.
Masallı arıçıları bu günlərdə son süzümü aparırlar. 250 arı ailəsi olan Ərkivan kənd sakini Qönçə Quliyeva artıq balın bir qismini süzüb. Deyir ki, builki bal ötən ildəkindən 20-30 faiz çox olduğundan süzüm mərhələ-mərhələ aparılır: “Arıçılığa iki arı ailəsi ilə başlamışam. Hazırda 250 arı yeşiyim var. Üç gündür ki, bal süzürük. May balını da süzmüşdük. Amma indi bütün çiçəklərin nektarları toplanıb. Hazırda müalicəvi çiçəklərdən toplanan balı süzürük. Pətəklərimizi də görürsüz, doludur. Bir yeşikdən 20 kiloqram bal alırıq. Ötən il isə 12-15 kiloqram götürürdük. Yaz aylarında yağıntı çox olduğundan çiçəklər yaxşı nektar verdi, nəticədə arılar da yaxşı işlədi və məhsuldarlıq bol oldu”.
Arı ailələrinin yerlərinin dəyişdirilməsi balın keyfiyyətinə birbaşa təsir göstərir. Çünki hər yerin təbiəti özünəməxsus olur. Təsərrüfat sahibləri bu il ilk dəfə arı ailələrinin bir qismini təbiəti, bitki örtüyü zəngin olan Lerikə aparıblar.
Arıçı Asim Quliyev: “Biz bu il arıları digər rayonlarla yanaşı, Lerikə də apardıq. Lerik təbiətində çiçəklər zəngindir, müalicəvi xüsusiyyətləri çoxdur. Görürsünüz, pətəklər doludur, hamısı Lerik balıdır. Hazırda Lerik balının süzümünü aparırıq. Çox keyfiyyətlidir. Bu cür məqamlar qiymətə də təsir göstərir. Lerik balı sırf müalicəvi çiçəklərdən toplandığına görə əlbəttə ki, qiymətə də təsir edəcək”.
Pətəklərdən balın hamısı götürülmür, arıların qış yemi üçün də saxlanılır. Bu, həm də sağlam beçəvermə üçün vacibdir.
Qönçə Quliyeva qış yemindən danışarkən bildirib ki, arılar üçün yalnız təbii bal saxlanmalıdır: “Bunlar qışlamaya saxladığımız güləmli çərçivələrdir. Hamısı təbii baldır. Arı qışdan təbii balla çıxanda çox keyfiyyətli olur. Hazırda qış üçün 8 çərçivə bal saxlamışıq”.
Hər arı pətəyinə görə subsidiyanın verilməsi məhsul istehsalçılarının bu sahəyə marağını daha da artırıb. Masallıda 539 arıçıya 11 min 521 arı ailəsi üzrə subsidiya ödənilib.
“Sağ olsun dövlətimiz, bizə subsidiya ayırır. Həmin subsidiya arıçıları həvəsləndirir. Arı yeşiklərinin sayını artırmağa çalışırıq. İstəyirik ki, balı alıcılar üçün sərfəli qiymətə sataq ki, hər kəsin evində bal olsun. Bu il Lerik balını müalicəvi xüsusiyyətinə görə 40-50 manata satırıq”, - deyə arıçı əlavə edib.
Bu il təkcə Qönçə Quliyeva arıçılıq təsərrüfatından ötən ildəkindən 1 ton çox, 3 tona yaxın məhsul götürüb. İndi qalır əsas məsələ - balın satışı. Düzdür, ildə bir dəfə respublika sərgi-satış yarmarkası keçirilir. Amma bu, arıçılara məhsullarını satmaq üçün kifayət etmir. Onların istəyi yarmarkanın ildə bir neçə dəfə keçirilməsidir.
Asim Quliyev də yarmarkaların sayının artırılmasını istəyir: “Məhsulumuz bu il boldur. Böyük çənlərin hamısı doludur. Satışımızı əsasən Bakıda təşkil olunan yarmarkada aparırıq. Amma yarmarkanın ildə bir dəfə olması azdır. Arzu edirik ki, başqa rayonlarda da sərgi-satış yarmarkaları keçirilsin. Son illər arıçıların da sayı artıb, məhsuldarlıq da”.
Qeyd edək ki, bu il Masallı rayonunda arıçılıq təsərrüfatlarının sayı 642, arı ailələrinin sayı isə 9711-ə çatıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
