FED faizini kəskin artırdı
ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı, FED) faizini son 28 ildə ən kəskin şəkildə artırıb. Bank iyun iclasında da pul siyasətini sərtləşdirməyə davam edib. FED faizini 0,75 bənd artıraraq 1,50-1,75 faizə çatdırıb.ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED faizini 0,75 bənd artıraraq 1,50% - 1,75% aralığına çatdırıb. Beləliklə, FED 1994-cü ildən bəri ən kəskin faiz artımını həyata keçirib.
Bazarlarda daha çox FED-in faizini 0,50 bənd artıracağı gözlənilirdi.
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların çoxunun proqnozu FED-in faiz dərəcəsi diapazonunu 0,50 bənd artıraraq 1,25%-1,50% aralığına çatdıracağı istiqamətində idi.
Sorğuda iştirak edən 98 iqtisadçıdan 33-ü faizin 0,75 bənd, 65-i isə 0,50 bənd artırılacağını gözləyirdi.
0,75 bənd artım gözləyən qurumlar arasında Goldman Sachs, Barclays, JPMorgan, HSBC və Deutsche Bank da var.
Fed sədri Jerome Powell, may ayı yığıncağında iyun və iyul ayı üçün faiz dərəcələrində 0,50 bənd artım siqnalı vermişdi. Lakin may ayı inflyasiya məlumatlarından sonra bir çox qurum proqnozlarını yüksəltdi və 0,75 bəndlik artım gözləntiləri gücləndi.
Fed-in iyun iclasına qədər həyata keçirdiyi sərt pul siyasətinə baxmayaraq, ABŞ-da inflyasiya 40 ilin pik səviyyələrindədir. Son məlumatlara görə, ölkədə illik inflyasiya may ayında apreldəki 8,3 faizdən 8,6 faizə yüksəlib.
Qətnamənin mətnində FED 2 faizlik inflyasiya hədəfinə qayıtmaq üçün güclü öhdəliyi olduğunu vurğulayıb.
Mətndə qeyd olunub ki, birinci rübdəki azalmadan sonra ümumi iqtisadi aktivlik bərpa olunub.
FED iqtisadi göstəricilərlə bağlı gözləntilərini də yeniləyib. Belə ki, mart ayında 2,8% olan iqtisadi artım proqnozu bu iclasda 1,7%-ə, 2023-cü il üçün artım proqnozu 2,2%-dən 1,7%-ə; 2024-cü il üçün isə 2%-dən 1,9%-ə endirilib.
FED bu il üçün işsizlik proqnozunu 3,5%-dən 3,7%-ə qaldırıb. 2023-cü il işsizlik nisbəti gözləntisi 3,5%-dən 3,9%-ə, 2024-cü il üçün isə 4,1%-ə yüksəldilib.
FED 2024-cü ildə inflyasiyanın 2,2%-ə düşəcəyini gözləyir.
FED rəsmiləri faiz dərəcəsinin ilin sonuna kimi 3,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıblar. Bu, ilin sonuna qədər 1,75 baza bəndi də artımlar olacağına işarə edilib.
FED-in qərar mətnində inflyasiyanın yüksək olaraq qalmaqda davam etdiyini, bunun pandemiya, Ukraynada müharibə ilə əlaqədar olaraq tələb və təklif balanssızlığını əks etdirdiyini qeyd edib.
Qərardan sonra Dollar mühüm valyutalar qarşısında daha da bahalaşıb. Bakı vaxtı ilə saat 22:30-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,5% geriləyərk 1,0359 dollara düşüb (avro ucuzlaşıb, dollar bahalaşıb)
Fed sədri Jerome Powell iclasdan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, faiz dərəcəsi iyul toplantısında 0,50 bənd və y 0,75 bənd artırıla bilər.
Onun sözlərinə görə, məhsulların təklifində qıtlıq olduğu bir şəraitdə tələb artmaqdadır. Bu səbəbdən qiymətlər sürətlə yüksəlir.
Fed-in növbəti iclası 27 iyul 2022-ci il tarixində keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 3 d. əvvəl
-
-
1 saat əvvəl
Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bank neft qiymətləri üzrə proqnozunu yenidən yüksəldib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Brent neftinə dair qiymət proqnozunu yuxarı istiqamətdə yeniləyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib
"Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir"
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Ən çox oxunanlar
ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
PAŞA Bank ağacəkmə aksiyasına qoşulub
Bu bank pulunuza illik 12% gəlir təklif edir
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın







.jpg)



.jpg)







