PAŞA Bank ağacəkmə aksiyasına qoşulub
(®) PAŞA Bank ətraf mühitin qorunması istiqamətində təşəbbüslərini davam etdirir. Bank 24 apreldə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasına qoşulub.
Aksiya Müşfiqabad qəsəbəsində baş tutub. PAŞA Bank heyətinin də qatıldığı bu aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanan memorandum çərçivəsində keçirilib.
PAŞA Bank Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində ölkənin müxtəlif regionlarında, o cümlədən azad olunmuş ərazilərdə təbiətin bərpası və Bakı çimərliklərinin təmizlənməsi kimi ekoloji layihələr həyata keçirib. Bank 2023-cü ildən BMT Qlobal Sazişinə qoşularaq dayanıqlı inkişaf istiqamətində fəaliyyətini genişləndirir. 2024–2026-cı illəri əhatə edən KSM strategiyası Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qurulub və bu çərçivədə iqlim dəyişikliyinin nəticələri ilə mübarizə əsas prioritetlərdən biridir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
51 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















