"Yelo Bank" biznes kreditləri portfelini daha çox artırıb
2022-ci ilin ilk rübündə "Yelo Bank" ASC kredit portfelini (müştərilərə verilmiş kreditlər) artırıb.
Marja.az xəbər verir ki, ilk rübdə müştərilərə verilmiş kreditlər 26 milyon 272 min manat artaraq 472 milyon 310 min manata çatıb. ötən ilin sonunda Bankın cəmi kredit portfeli 446 milyon 38 min manat təşkil etmişdi.
O cümlədən, Bankın biznes kreditləri portfeli 23 milyon 247 min manat artaraq 281 milyon 909 min manata, istehlak kreditləri portfeli 7 milyon 458 min manat artaraq 119 milyon 10 min manata çatıb, ipoteka kreditləri portfeli isə 4 milyon 432 min manat azalaraq 71 milyon 390 min manata düşüb.
Xəbər verdiyimiz kimi, filial şəbəkəsini genişləndirən Yelo Bank 2022-ci ilin 1-ci rübnü 466 min manat əməliyyat zərəri ilə bağlayıb. Belə ki, 2022-ci ilin 1-ci rübündə Yelo Bank-ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 19 milyon 782 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 20 milyon 248 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Yelo Bankın 466 min manat əməliyyat zərəri yaranıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 811 min manatın hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 345 min manat xalis mənfəəti yaranıb.
Yelo Bankın depozitlər üzrə faiz xərclərinin və əməkhaqqı xərclərinin kəskin artdığı diqqəti çəkir. Yelo Bank yüksək əmanət faizləri təklif edən banklardan biridir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























