Azərbaycan bankının əməliyyatında "U" dönməsi - YENİDƏN ZƏRƏRƏ KEÇİB
2022-ci ilin 1-ci rübündə Yelo Bank-ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 19 milyon 782 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 20 milyon 248 min manat təşkil edib.
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, xərclər gəlirləri üstələdiyindən Yelo Bankın 466 min manat əməliyyat zərəri yaranıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 811 min manatın hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 345 min manat xalis mənfəəti yaranıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk rübündə Yelo Bank-ın cəmi əməliyyat gəlirləri 14 milyon 441 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 462 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 979 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 4 milyon 691 min manatın hesabına Bankın mənfəəti 5 milyon 670 min manata yüksəlmişdi.
2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin 1-ci rübündə Yelo Bankın xalis mənfəəti 16 dəfədən çox azalıb.
2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə Yelo Bankın cəmi gəlirlərinin 5 milyon 341 min manat artmasına qaşılıq cəmi xərcləri 6 milyon 786 min manat artıb (xərclər gəlirlərdən 1 milyon 445 min manat daha çox artıb).
Qeyd edək ki, Yelo Bank ötən ilin ilk rübü əməliyyat zərərindən xilas ola bilmişdi. Bir il sonra yenidən Bankın əməliyyatı zərərlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























