Azərbaycanın iş adamlarının İordaniyaya işgüzar səfəri başa çatıb
KOBİA-nın təşkilatçılığı ilə sahibkarlara dəstək göstərən qurumlardan və iş adamlarından ibarət nümayəndə heyətinin İordaniyaya işgüzar səfəri başa çatıb
Məlumat verildiyi kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ölkəmizin İordaniyadakı Səfirliyi ilə əlaqələndirilməklə Azərbaycanda biznesə dəstək göstərən qurumların nümayəndələri, eləcə də kənd təsərrüfatı, qida, turizm, səhiyyə, təhsil sektorlarında fəaliyyət göstərən və idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamları İordaniyada işgüzar səfərdə olub.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində aprelin 18-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İordaniyanın Rəqəmsal İqtisadiyyat və Sahibkarlıq naziri Ahmad Hanandeh, Sahibkarlığın İnkişafı Koorporasiyasının rəhbəri Abdel Fatah Al Kayed, Sənaye, Ticarət və Təchizat Nazirliyinin baş katibi xanım Dana Al-Zoubi və Ticarət Palatasının birinci vitse-prezidenti Jamal Rifai ilə görüşüb.
Görüşlərdə müvafiq olaraq biznes və investisiya sahəsində yeni təşəbbüslərə, KOB-ların rəqəmsallaşmasına, İordaniya və Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsinə, sahibkarlıq sahəsində mümkün birgə layihələrə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, Azərbaycanda KOB sektorunun inkişafı, Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.
Həmçinin, KOBİA və İordaniyanın Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ticarət Palatasının birinci vitse-prezidenti Jamal Rifai imzalayıblar. Sənəd hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqini, ticarət və investisiya imkanları sahəsində qarşılıqlı məlumat, KOB-lara xidmətin göstərilməsi üzrə fəaliyyətin təşkili və idarə edilməsinə dair təcrübə mübadiləsini, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, 17-18 aprel tarixlərini əhatə edən səfərin məqsədi Azərbaycan və İordaniyanın iş adamları və müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə biznes və investisiya layihələrinin reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin inkişafı və İordaniya bazarına çıxış perspektivlərinin müvafiq qurumlarda müzakirə olunmasıdır. Səfər çərçivəsində aprelin 17-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İordaniyanın investisiya naziri Khairy Amr və Sənaye Palatasının sədri Fathi Al-Jagber ilə görüşərək ticarət və investisiya sahəsində əməkdaşlıq imkanlarını, bu istiqamətdə iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edib. Əmman şəhərində keçirilmiş İordaniya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumunda Azərbaycanın biznes və investisiya imkanları İordaniyanın biznes ictimaiyyətinə təqdim olunub. Həmçinin, KOBİA ilə İordaniyanın Sənaye Palatası və İordaniya İş Adamları Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 saat sonra
-
30 d. əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
2 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
3 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
3 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
3 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
4 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Ən çox oxunanlar

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik
