"Turisti ölkədən məmnun yola salmaq ən önəmli tərəfdir" - Vüsal Əliyev
"Çox sevindirici haldır ki, təzəlikcə fəaliyyətə başlamasına baxmayaraq Milli Turizm Təbliğat Bürosunun ilk işlərindən biri məhz ölkədə fəaliyyət göstərən turizm agentliklərini bir araya toplamaq və onlarla əməkdaşlıq imkanlarını müzakirə etməkdir. Büro bu təşəbbüsü ilə fəaliyyətində turizm firmalarının təcrübəsindən yararlanmaq istəyini açıq şəkildə ortaya qoyur".
8 iyun 2017-ci il tarixində Bakıda fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşündə “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev deyib.
O bildirib ki, gəlmə turizmi sahəsində ixtisaslaşmış turizm şirkətləri üçün ən vacib məsələlərdən biri ölkənin təbliğinin daha peşəkar və konkret mexanizmə uyğun olaraq aparılmasıdır:
"Büronun qarşısına qoyulan ən əsas vəzifələrdən biri də məhz ölkənin təbliği ilə bağlı aydın mexanizmlər işləyib hazırlamaq və onları uğurlu şəkildə tətbiq etməkdir. Hər bir regionun, ölkənin özünün spesikifikası var və bu tələb edir ki, marketinq siyasəti qurularkən bu məqamlar nəzərə alınsın. Əcnəbi turistlərlə birbaşa olaraq turizm firmaları işlədiyi üçün, onlar bu sahədə xüsusi informasiyaya sahibdirlər və düşünürəm ki, ölkənin turizm potensialının təbliği istiqamətində gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlərin icrasında onlar da yaxından iştirak etməlidirlər".
V.Əliyevin sözlərinə görə, turisti ölkəyə cəlb etmək məsələnin bir tərəfi, onu ölkədən məmnun yola salmaq isə digər ən önəmli tərəfidir. Təbii ki, çalışmalıyıq işimizi elə quraq ki, ölkə turistlərin diqqətini çəksin və onlar üçün maraqlı turizm istiqamətlərindən biri olsun. Hesab edirəm turizm firmaları olaraq bu işdə Büroya əlimizdən gələn dəstəyi göstərmək, bu işdə onlara kömək etmək hər birimizin üzərinə düşən bir məsuliyyətdir.
Çünki büronun uğurlu qurulacaq fəaliyyətindən turizm firması olaraq birbaşa biz, dolayısı ilə turizm xidmətinə cəlb olunan digər qurumlar və şəxslər, yekunda isə ən önəmlisi dövlətimiz qazanacaq. Hər birimizin ümumi məqsədi eynidir.
Ölkənin tanıdılması, Bakı şəhəri və regionlara daha çox turistin cəlb edilməsi və bununla da ölkəyə əlavə gəlirlərin gəlməsinə nail olunması. Büroya gələcək fəaliyyətində uğurlar arzulayır və əlimizdən gələn köməkliyi göstərməyə hazır olduğumuzu bildiririk.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb




















.jpg)



