Neft qiymətləri İrana qarşı sanksiyaların tezliklə ləğvi xəbəri ilə aşağı düşüb
Neft qiymətləri, Qərb ölkələrinin, bir vaxtlar OPEC-in üçüncü ən böyük tədarükçüsü olan İranla razılaşmaya yaxın olduqları barədə xəbərlər fonunda kəskin şəkildə düşüb. İrana tətbiq edilən neft embarqosu aradan qaldırıla bilər.
Marja xəbər verir ki, İranın baş müzakirəçisi Əli Baqeri Kani nüvə proqramı ilə bağlı razılaşmanın yaxın olduğunu elan etdikdən sonra Brent neftinin qiyməti bir barel üçün təxminən 5% ucuzlaşaraq 95,95 dollardan 91,44 dollaradək geriləyib. Sonradan neft təxminən 1% bahalaşaraq 94,24 dollara çatıb (Bakı vaxtı ilə saat 08:38-ə olan məlumat)
"Həftələrlə davam edən gərgin danışıqlardan sonra biz razılığa həmişəkindən daha yaxınıq" - Əli Baqeri Kani deyib.
Həmçinin ABŞ Dövlət Departamenti bildirib ki, Birləşmiş Ştatlar İranla danışıqların “son mərhələsinin ortasındadır”.
Bir gün əvvəl, 2015-ci ildə Tehranla saziş bağlayan altı vasitəçi ölkədən biri olan Fransanın xarici işlər naziri Jan-İv Ledrian, təxminən bir ilə yaxın davam edən danışıqlarda “dönüş nöqtəsi”nin əldə edildiyini açıqlamışdı.
“Bu, həftələrin deyil, günlərin məsələsidir” deyən o, əlavə edib ki, indi İran tərəfdən “siyasi həll” tələb olunur.
"BofA Europe"ın strateqi Fransisko Blanş bildirib ki, İran neftinin qaytarılması qıtlıq vəziyyətində olan və kommersiya anbarlarında 2013-cü ildən bəri ən aşağı səviyyəyə enən ehtiyatları "yeyən" bazardakı vəziyyəti kökündən dəyişəcək.
Onun hesablamalarına görə, İran barelləri 2022-ci ilin ikinci yarısında neft bazarında gündəlik 0,5-1 milyon barel tədarük artıqlığı vəziyyəti yarada bilər.
Blanşın proqnozuna görə, bu, sanksiyaların aradan qaldırılmasının miqyasından və sürətindən asılı olaraq Brent neftinin qiymətini 20 dollaradək aşağı ala bilər.
Ekspert hesab edir ki, bu halda bahalı neftə alışmış OPEC+ ölkələri hasilatı artırmaq planlarını təxirə sala bilər.
Donald Tramp administrasiyası sanksiyaları bərpa etməzdən əvvəl İran dünya bazarına gündəlik 2 milyon barel neft verirdi. BofA (Bank of America) hesab edir ki, tanker məlumatlarına əsasən, indi onun ixracı gündə 140 min barelə qədər azalıb. Lakin tədarükün həqiqi həcmlərini görmək çətindir: “qara” ixracın həcmi qeyri-müəyyən olaraq qalır və gündə 1 milyon barrelə çata bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
2 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
3 saat əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
3 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azercell-də “böhran yığıncağı”
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq






















