Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar

AzVak-mobil_resmin_ustu_31
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmadan sonra neft tankerlərinin Hörmüz boğazından keçid etməyə başladıqlarını bildirib.

Tramp, “Əksəriyyəti neft yüklü olan gəmilər Hörmüz boğazından keçməyə başlayıb. Onlar tam təhlükəsiz və etibarlı olan cənub marşrutundan istifadə edirlər. Bundan başqa digər hərəkət marşrutları da mövcuddur”, - ifadələrini işlədib.

ABŞ Prezidenti Tramp və İran rəsmiləri bu gecə verdikləri açıqlamalarda iki ölkə arasında razılaşma əldə olunduğunu və anlaşma memorandumunun iyunun 19-da İsveçrədə imzalanacağını bildiriblər.

İran: ABŞ ilə razılaşmada İranın Hörmüz Boğazı üzərindəki hüququ təsdiqlənib

ABŞ ilə İran arasında əldə olunan razılaşmada İran və Omanın Hörmüz Boğazı üzərindəki səlahiyyətlərinə dair müddəaların açıq şəkildə yer aldığı qeyd olunub.

Fars xəbər agentliyinə danışan, adı açıqlanmayan mənbə danışıqlar prosesi ilə bağlı məlumatlar verib.

Sözügedən mənbənin sözlərinə görə, danışıqların son mərhələsində razılaşma mətnində bəzi dəyişikliklər edilib. Bu dəyişikliklərlə Hörmüz Boğazı üzərində İran-Oman suverenliyinin açıq və qəti şəkildə qeyd olunub. İddia olunub ki, yeni mətndə Hörmüz boğazındakı dənizçilik xidmətlərinin gələcək idarəçiliyinin İran və Oman tərəfindən müəyyən ediləcəyinə dair ifadələr yer alıb. “Dənizçilik xidmətləri” ifadəsinin açıq şəkildə istifadə olunmasının ABŞ tərəfindən İranın rüsum toplamaq hüququnun qəbul edilməsi anlamına gəldiyi şərh olunub.

Sözügedən ifadənin mətnin başqa bir hissəsində də təkrarlandığı, buna əsasən İranın gəmilərin ödənişsiz keçidini yalnız 60 gün müddətinə qəbul edəcəyi iddia olunub. Bu çərçivədə ABŞ-nin ödəniş prinsipini qəbul etdiyi, İrana isə 60 günlük güzəşt tanındığı qeyd olunub.

İranın təhlükəsizlik, dənizçilik, ətraf mühitin mühafizəsi və sığorta xidmətləri göstərməklə Hörmüz Boğazından keçən gəmilərdən gəlir əldə etməyi və bu gəlirləri iqtisadi inkişaf üçün istifadə etməyi planlaşdırdığı da sözügedən mənbənin açıqlamaları arasında yer alıb. ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmadan sonra neft tankerlərinin Hörmüz Boğazından keçid etməyə başladıqlarını bildirib.

15.06.2026 19:23
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19