Aqrar sektorun çətinlikləri problemli kreditlərin artmasına səbəb olub
Şirkətlər banklara kredit borclarını gecikdirir.2021-ci ilin əvvəlindən Rusiyanın Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarına məhdudiyyət tətbiq etməsi ölkəmizdə problemli kreditlərin artmasına səbəb olub.
Marja.az xəbər verir ki, bu barədə 2021-ci ilin ilk yarısının maliyyə nəticələrinə həsr olunan mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib.
Bəhruz Nağıyev qeyd edib ki, PAŞA Bankda qeyri-işlək portfelin xüsusi çəkisinin 2,7%-dən 4,1%-ə yüksəlməsi bizneslərin pandemiyadan zərər çəkmələrilə əlaqədər deyil, bunun 2 əsas səbəbi var:
“Burada iki başlıca səbəb var: Birincisi səbəb aqrar sektordakı çətinliklər ilə əlaqədardır. Bildiyimiz kimi, Rusiya bir müddət Azərbaycan ixracatçılarına məhdudiyyətlər tətbiq etdi, 4 aya yaxın bir müddətdə çətinliklər yarandı. Bunun nəticəsində kreditlərdə gecikmələr oldu. Çünki müştərilər məhsulları ixrac edə bilmədilər, yollarda qalan məhullar yararsız oldu, ümumiyyətlə bizneslərə çoxlu fəsadları oldu. Bu çətinliklər aqrar istehalçıların və ixracatçıların gəlirlərində də əks olundu və istər-istəməz bizdən də yan keçmədi. Belə ki, PAŞA Bank aqrar sektorda geniş fəaliyyət göstərir, çox ciddi maliyyələşmələr edir. İri fındıq, pomidor istehsalçıları bizim müştərilərdir. Ölkəmizin əsas ixracatçıları ilə əməkdaşlıq edirik. Bu şirkətlərin üzləşdikləri çətinliklər istər-istəməz bizə də təsir etdi. Aqrar sektorun çətinlikləri (kreditləri gecikdirmələri -red) bizi əlavə ehtiyat yaratmağa məcbur edib.
İkinci səbəb bir çox Azərbaycan şirkətlərində korporativ mədəniyyətin tam formalaşmamasıdır. Bir şirkətin idarəçisi dəyişiən zaman, yeni rəhbər hər şeyə yenidən baxır, analizlər aparır və təbii ki, bu da ödənişlərin gecikməsi ilə nəticələnir”.
Bəhruz Nağıyev əlavə edib ki, ilin sonundakə problemli kreditlərin azalacağına inanırlar:
“Açığını desəm, əksər problemləri həll etmişik. Bir neçə problem qalıb. Bu normaldır, iqtisadiyyatda dəyişikliklər olan zaman bizneslərə mənfi təsir edə bilir. İlin sonunadək çətinliklərin bir hissəsini də aradan qaldıracağımıza və qeyri-işlək kreditlərin səviyyəsinin hazrkı 4,1%-dən 2,7% - 3% səviyyələrinə düşəcəyinə inanırıq”.
PAŞA Bankın Baş maliyyə inzibatçısı vurğulayıb: "Azərbaycanın bank sektorunun biznes kreditləri səhəsində qeyri-işlək kreditlər 8,3% səviyyəsində olduğu halda, PAŞA Bankda 4,1%-dir. Bu 4,1% porteflin necə keyfiyyətdə olduğunun bir göstəricisidir".
Artıq Rusiya məhdudiyyətlərin bir çoxunu aradan qaldırıb, yalnız ixrac üçün sertifikatlar tələb edir.
Qeyd edək ki, təkcə 2021-ci ilin 6 ayında “PAŞA Bank” ASC aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 24 milyon 473 min manat ayırıb. Bu, cəmi əməliyyat gəlirlərinin təxminən 13%-dir. Eyni zamanda, ayırma ötən ilin 6 ayı ilə müqayisədə (12 milyon 214 min manat) 2 dəfə çoxdur.
Məlumat üçün bildirək ki, banklar kreditlər və digər aktivlər üzrə zərərin ödənilməsi üçün xüsusi ehtiyat fondu ("adi ehtiyat" və "məqsədli ehtiyat") yaradırlar. Bu fond əməliyyat mənfəəti və ya kapital hesabına yaradılır. Məqsədli ehtiyat Bankın qeyri-standart aktivləri üzrə zərərin ödənilməsi üçün yaradılan xüsusi fonddur. Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlər - "qənaətbəxş" aktivlər və "nəzarət altında olan" aktivlərdir. Qeyri-standart aktivlərə - "qeyri-qənaətbəxş", "təhlükəli" və "ümidsiz" aktivlər (kreditlər) daxildir.
Həmçinin oxu
PAŞA Bank qrupunun xalis mənfəəti 76%-ə yaxın artıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 29 d. əvvəl
-
-
53 d. əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
58 d. əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 2 saat əvvəl
-
15 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Ən çox oxunanlar
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır























