Azərbaycan 1-ci yarımillikdə Avropaya 450 milyon dollarlıq qaz ixrac edib
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 10 milyard 347 milyon 923 min kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 57,3% çoxdur.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan bəyan edilmiş qazın ixrac dəyəri 1 milyard 585 milyon 636,25 min (artım 25,8%) təşkil edib. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 18%-i (2020-ci ilin I yarısında 16,39%) qaz ixracının payına düşüb.
2021-ci ilin yanvar-iyun aylarında Türkiyəyə 880 milyon 744,5 min dollar dəyərində 6 milyard 292 milyon 876,25 min kubmetr, Gürcüstana 252 milyon 805,83 min dəyərində 1 milyard 989 milyon 974,2 min kubmetr qaz ixrac edilib.
Qeyd olunan dövrdə İtaliyaya 362 milyon 990,19 min dollar dəyərində 1 milyard 626 milyon 662,92 min kubmetr, Yunanıstana 69 milyon 170,85 min dollar dəyərində 266 milyon 460 min kubmetr, Bolqarıstana 16 milyon 734,57 min dollar dəyərində 119 milyon 560,07 min kubmetr qaz ixrac edilib. Beləliklə, 6 ay ərzində Avropaya 448 milyon 895,61 min dollar dəyərində 2 milyard 12 milyon 20,34 min kubmetr həcmində qaz ixrac edilib.
Bundan əlavə, Azərbaycan İrana 3 milyon 190,31 min dollar dəyərində 84 milyon 52,48 min kubmetr qaz ixrac edib.
Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz nəqlinə başlayıb. 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr Azərbaycan qazının ixrac edilməsi planlaşdırılır.
Marja.az Telegramda: https://t.me/marjaaz
interfaks-Azərbaycan
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 37 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























