Çin şirkəti Azərbaycanda diametri 4,2 metr yerüstü anten quraşdırdı
“Azərkosmos” Çin şirkəti ilə əməkdaşlığa başlayıb“Azərkosmos” ASC Çinin kosmik sənayesinin kommersiya fəaliyyətini həyata keçirən yüksək texnologiya şirkəti “Satelliteherd” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə səhmdar cəmiyyəti xəbər verir.
Müqaviləyə əsasən “Satelliteherd” şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (Bakı-Şamaxı şosesi, 38 km) diametri 4.2 metr olan yerüstü anten quraşdırıb. “Satelliteherd” şirkəti bu anten vasitəsilə kosmik bazarda fəaliyyət göstərən peyklər və peyk şəbəkələri arasında izləməni, peyklərin sağlamlığının yoxlanılmasını, telemetriyanın alınmasını və peyklərə nəzarətin düzgün aparılmasını təmin edəcək.
Kosmik texnika mühəndisliyi sahəsində yüksək təcrübəyə malik olan “Satelliteherd” şirkəti ƏYPİM-də quraşdırılan anten sayəsində peyklərdən düzgün siqnalların qəbulu üçün etibarlı və müasir həllər təqdim edəcək.
“Çin ilə Azərbaycanın coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq “Satelliteherd” şirkəti ilə peyk həlləri sahəsində fəal əməkdaşlıq edəcəyimizə əminəm” – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.
"Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin unikal və əlverişli mövqeyi bizə bu il və növbəti illər ərzində kommersiya fəaliyyəti göstərən peyklər üçün daha da etibarlı xidmət göstərməyimizə imkan verəcək” – deyə “Satelliteherd” şirkətinin beynəlxalq biznes üzrə icraçı vitse-prezidenti Liçenq Yanq bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
20 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 30 d. əvvəl
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 41 d. əvvəl
- 57 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır














.jpg)







