Azərbaycanda Rusiya avtomobillərini satan şirkətin xalis mənfəəti 2 dəfə artıb
Rusiyanın Lada avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Xəzər-Lada” ASC 2020-ci ili 391 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2019-cu ili 200 min manat xalis mənfəət ilə bağlamışdı.
Səhmdar cəmiyyətinin maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 95,5% və yaxud təxminən 2 dəfə çoxdur.
Ötən il “Xəzər-Lada”nın vergiyəqədərki mənfəəti 486 min manat (əvvəlki illə müqayisədə 94,4% çox), mənfəət vergisi ödəmələri isə 97 min manat (94% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Xəzər-Lada”nın aktivləri 15 milyon 974 min manat olub ki, bu da illik müqayisədə 1,1% çoxdur. Hesabat dövründə “Xəzər-Lada”nın öhdəlikləri 6,7% azalaraq 5 milyon 732 min manata düşüb, balans kapitalı isə 6,1% artaraq 10 milyon 242 min manata çatıb.
Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6%-i Naməddin Qasımzadəyə, 8,2%-i 147 fiziki şəxsə məxsusdur.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























