Jaguar və Land Roverin sahibinə pis sürpriz - 1 milyard dollar zərər
Çindəki satışların 127% artması da köməyə gəlməyib.Hindistanın transmilli avtomobil istehsalı şirkəti, 2008-ci ildən Jaguar və Land Rover brendlərini buraxan Britaniyanın Jaguar Land Rover Limited holdinqinə də (JLR) sahib olan Tata Motors bu ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, analitiklərin gözlədiyi 365 milyon dollarlıq mənfəət müqabilində nəticələr təəccüblü olub - 1 milyard dollar zərər. Şirkət bunu Böyük Britaniyada yerləşən lüks avtomobil biznesində modernləşdirmə səbəbindən 2,1 milyard dollarlıq vəsaiti xərcə silməsi ilə izah edib.
Jaguar və Land Roverin Çindəki satışları bir il öncəki dövrlə müqayisədə 127% artıb. Tata Motors-un öz pərakəndə satışları da 12,4% yüksəlib. Lakin bu nəticələr də rübü mənfəətlə başa vurmaqda şirkətə kömək etməyib. JLR-in əldə etdiyi bircə müsbət nəticə rüb ərzində kapital təmir və yenidənqurma ilə əlaqədar 426 milyon dollar vəsaitə qənaət etməsi olub.
Ötən ay Jaguar Land Rover Limited çip böhranına görə Britaniyada iki istehsal müəssisəsində işləri müvəqqəti dayandırmışdı. Tata Motors rüblük nəticələrə dair açıqlamasında çip çatışmazlığının bu rüb də istehsal həcminə mənfi təsir edəcəyini bildirib. Həmçinin, Hindistanda başlayan koronavirusun yeni dalğası səbəbindən tətbiq edilən məhdudiyyətlər də Tata Motors-un yerli zavodlarında yetərincə avtomobil buraxmasına ciddi mane olur.
Çip böhranı avtomobil sənayesi üçün əsas maneə olaraq qalmaqdadır...
Yarımkeçirici elementlərin çatışmazlığı təkcə Tata Motors-un deyil, Toyota, Nissan, General Motors və Ford kimi nəhənglərin də işinə ciddi əngəl törədir. Sadalanan brendlərin hamısı ilin əvvəlindən dəfələrlə öz zavodlarında istehsalı müvəqqəti dayandırıblar. Toyota bu həftənin əvvəlində yenidən gələn ay Yaponiyadakı iki zavodunda istehsalı məhdudlaşdıracağını elan edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























