"Azərbaycanda milli vaksinin hazırlanması üçün lazımi şərait var"
“Artıq dünya ölkələri bir-birinə güvənmir. Hər kəs istəyir ki, özünün milli peyvəndi olsun. Burada iki cür məsələ var. Birincisi ölkələrin bir-birilərinə inamı azalır, ikinci tərəfdən vaksin olduqca bahalıdır. Misal olaraq, Azərbaycan 11 xəstəliyə qarşı vaksini xaricdən alır və bu da böyük məbləğdə vəsait tələb edir”.
Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, əgər gələcəkdə Azərbaycanda da vaksin istehsalına yönələn tədqiqatlar aparılacaqsa, bu, bir tərəfdən ölkəmizin başqa dövlətlərdən asılılığının ortadan qalxmasına səbəb olacaq, digər tərəfdən milli vaksinə inam daha güclü olacaq: “Uzun müddət Türkiyədə çalışan mütəxəssis olaraq deyə bilərəm ki, orada vaksinlə bağlı tədqiqatlar yox dərəcəsində idi. Lakin pandemiya səbəbindən Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə milli vaksin hazırlanmalıdır. Odur ki, ölkədə 7-8 vaksinin üzərində çalışırlar. Ümid edirəm ki, Türkiyədə ilin sonuna qədər bizim milli vaksinimiz var deyə biləcəklər. Bu nöqteyi-nəzərdən sürətlə inkişaf edən Azərbaycanda da milli vaksinin hazırlanması üçün bütün lazımi şərait var və bu istiqamətdə işlərə başlanıla bilər. bu sahəyə qoyulan sərmayə özünü doğrulda bilər, bununla da biz dünyada, eləcə də bölgədə tanınmış ölkəyə çevrilə bilərik”.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)













.jpg)

