Azərbaycanda 2020-ci ilin FMCG şirkəti seçilib
Azərbaycanda və ölkə hüdudlarından kənarda biznes fəaliyyəti ilə (yerli istehsal, idxal və ixrac) önəmli paya sahib olan “Delta Qrup C.O” MMC "Caspian Business Award 2020" tədbirində 1500 şirkət və təşkilat rəhbərinin iştirak etdiyi sorğunun nəticəsi olaraq ilin FMCG şirkəti adına layiq görülüb.
Mükafatın təqdim edilmə mərasimində iştirak edən “Delta Qrup C.O.” MMC-nin direktoru İlkin Şabanov tədbir təşkilatçılarına və tədbir iştirakçılarına təşəkkür edərək, rəhbərlik etdiyi müəssisənin fəaliyyətlərindən, bu fəaliyyətlərin nəticəsi kimi əldə olunan uğurlardan söz açıb.
Hər il keçirilən bu tədbir sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən, dinamik inkişaf edən nəhəng regional təşkilat olan “Caspian Energy Club” tərəfindən təşkil edilir.
1999-cu ildən fəaliyyət göstərən “Delta Qrup C.O.” MMC-nin iki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribyutorluq (dağıtım). Əhalinin gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə Şirkətin iki böyük zavodu (“Bismak” və "Çörəkçi") fəaliyyətdədir.
FMCG - fast moving consumer goods (tez istehlak edilən gündəlik tələbat malları)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
14 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti



























