Qeyri-rəsmi məşğulluqla mübarizə mənzillərin qiymətlərini artıra bilər
Haqlı olaraq hökumət tərəfindən tikinti sektorundakı qeyri-rəsmi məşğulluğa qarşı mübarizə gücləndirilib. Bu tədbirlər işləyənlərin xeyrinədir. Əmək müqaviləsi işçinin hüquqlarının qarantıdır. Əmək müqaviləsi olmadıqda haqsızlıq, istehsalatda qəza və digər hallaqrda işçi hüquqlarını qoruya bilmir.
“Marja” xəbər verir ki, bir neçə gün öncə Azərbaycan Prezidentinin Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradıldı.
Mərkəz qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsilə məşğul olacaqdır.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayının azaldılması hesabına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 50 ştat vahidi artırılacaq.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Obyektlərdə, xüsusilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq.
Kameralar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə quraşdırılacaqdır.
Monitorinq Mərkəzi tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidələr aparacaq. İlk öncə işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sistem yaradılacaq.
Müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyətı orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qrupları göndəriləcək.
Aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlər aidiyyəti dövlət orqanına göndəriləcəkdir.
"Marja"nın proqnozuna görə, mexanizm işə düşdükdən sonra tikinti şirkətlərinin qanunsuz işçi çalışdırması çətinləşəcək. Tikinti şirkətləri fəhlələr ilə əmək müqaviləsi bağlamaq məcburiyyətində qalacaq, bu da onların vergi və sosial müdafiə ödənişlərinin xeyli artması ilə nəticələnəcəkdir. Əməkhaqqı tikintidə maya dəyərinin formalaşmasında əsas xərclərdən biridir. Əməkhaqqı fondu artacağından tikintinin maya dəyəri də artacaqdır. Maya dəyərinin artması mənzillərin qiymətlərində də əks oluna bilər.
Ola bilər ki, gələcəkdə bazardakı rəqabət qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınmasına yönəlmiş tədbirlərdən qaynaqlanan qiymət artımını aradan qaldırsın. İstənilən halda, qeyri-rəsmi məşğulluğa qarşı görülən tədbirlələr təqdirəlayiqdir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat sonra
-
-
7 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
8 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 8 saat əvvəl
-
9 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb




















