Aqrar sığorta ilə bağlı Salyan və Neftçalada fermerlərlə görüşlər keçirilib
Azərbaycanda yaxın vaxtlarda tətbiqinə başlanacaq aqrar sığorta mexanizmi ilə bağlı yerli fermer və sahibkarların məlumatlandırılması məqsədilə Aqrar Sığorta Fondu (ASF) Salyan və İsmayıllıda fermerlərlə görüşlər keçirib.
Fondun yaydığı məlumata görə, görüşdə ASF-nin, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nümayəndələri, fondun heyvandarlıq və bitkiçilik üzrə ekspertləri iştirak edib.
Salyanda yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşlər rayondakı heyvandarlıq təsərrüfatlarında baş tutub. Görüşlərdə bitkiçilik, o cümlədən pambıq, üzüm və buğda əkini ilə məşğul olan fermerlər də iştirak edib.
Rayonun Aşağı Noxudlu kəndində yerləşən və fermer Əliqardaş Nuriyevə məxsus təsərrüfatda digər fermerlərin də iştirakı ilə keçirilən görüşdə kənd təsərrüfatı heyvanlarının sığortalanması ilə bağlı geniş məlumat verilib. Fermerlərlə heyvandarlıq sahəsi üçün risklər müzakirə edilib, sığortalanma və sığorta ödənişinin verilməsi prosesləri ilə bağlı tələblər açıqlanıb.
Görüşdə fermerlər heyvandarlıq və bitkiçilik sahəsindəki risklər, qarşılaşdıqları və onların təsərrüfatlarına zərər vuran təbiət hadisələri barədə məlumat verərək, aqrar sığorta mexanizmi ilə bağlı öz təkliflərini səsləndiriblər.
Rayonun Qarabağlar kəndində fermer Qurban Abbasovun təsərrüfatında keçirilən görüşdə sığortalanan kənd təsərrüfatı heyvanları, onların saxlanma şəraiti ilə bağlı tələblər müzakirə edilib.
Fermerlərin diqqətinə çatdırılıb ki, aqrar sığortadan istifadə ilə bağlı əsas tələblərdən biri təsərrüfatın Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməsidir.
Neftçalada yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə rayonun Yuxarı və Aşağı Qaramanlı kəndlərində keçirilən görüşlərdə son vaxtlar baş verən təbiət hadisələrinin kənd təsərrüfatı bitkiləri üçün yaratdığı risklər müzakirə edilib.
Fermerlər təbiət hadisələri nəticəsində əkinlərə zərər dəydiyini və bu hallara qarşı sığortanın əhəmiyyətini qeyd ediblər. İş adamları xüsusilə bir qədər əvvəl Kürün suyunun azalması və Xəzərin suyu ilə qarışması nəticəsində çayda duzluluğun artması və bunun əkinlərə böyük zərər vurması barədə məlumat veriblər.
Eləcə də, görüşdə kənd təsərrüfatı heyvanlarının sığortası, bunun üçün nəzərdə tutulan tələblər və risklər barədə müzakirələr aparılıb.
Görüşdə aqrar sığorta zamanı zərərin və risklərin azaldılması üçün məhsullara aqrotexniki qulluğun və bitki mühafizə tədbirlərinin vacibliyi fermerlərin diqqətinə çatdırılıb.
Kənd təsərrüfatı ilə məşğul olan iş adamlarına aqrar sığorta mexanizminin faydaları və gətirdiyi üstünlüklər barədə məlumat təqdim edilib. Fondun bitkiçilik və heyvandarlıq ekspertləri iş adamlarına bəzi tələbləri xatırladıb və faydalı məsləhətlər veriblər.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizminin yaxın vaxtlarda fəaliyyətə başlaması nəzərdə tutulur. Aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanları, kənd təsərrüfatı məhsulları və əkin sahələrini, eləcə də balıqları sığortalamaq mümkün olacaq.
İlkin mərhələdə südlük inək-camışların, 14 növ bitki üzrə əkin sahəsi və məhsulların sığortalanması nəzərdə tutulur. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetlərinin və risklərin siyahısı genişləndiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
6 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
6 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
7 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 8 saat əvvəl
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















