Azərbaycan və Ermənistan baza prinsipləri əsasında danışıqlara qayıdır
“Münaqişənin baza prinsipləri də sənəddə əksini tapıb. Çox qısa müddətdə baza prinsipləri əsasında Ermənistan substansiv danışıqların aparılmasını üzərinə götürüb. Ermənistan bundan əvvəl həmin prinsipləri rədd etmişdi. Son günlər döyüş meydanında olan uğurlar imkan verdi ki, Ermənistan bu şərti qəbul etsin”.
Marja xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, baza prinsiplərinin tərkib hissəsi mərhələlərlə işğalçı qüvvələrin ərazilərimizdən çıxarılmasını özündə ehtiva edir:
"Baza prinsipləri mərhələli şəkildə Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını özünə ehtiva edir. Bu, 5 rayon, daha sonra 2 rayondan Ermənistan qoşunlarının çıxarılması, Dağlıq Qarabağa azərbaycanlıların qaytarılması kimi də ola bilər”.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev demişdi:
"Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil”.
“Ermənistanı sülhə məcburetmə əməliyyatının birinci mərhələsi uğurla başa çatıb”
Brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət HAcıyev bildirb ki, sülhə məcburetmə əməliyyatının birinci mərhələsi uğurla başa çatıb: “Beynəlxalq ictimaiyyətin çağırışına cavab olaraq Ali Baş Komandanın tapşırığı ilə Xarici İşlər naziri Moskvada danışıqlarda iştirak etjdi. Müvəqqəti atəşkəs Cenevrə konvensiyasından da irəli gələn addımdır. Ancaq Ermənistan bundan da istifadə edir, atəşkəsi pozur və xarici jurnalistlər də yerlərdə bunu qeydə alır”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























