PAŞA Bank unikal biznes kartı təqdim etdi - Azərbaycan bazarında ilk
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank Miles&Smiles xəttinin yeni kart məhsulunu - PAŞA Bank Miles&Smiles Visa Business Platinum kartını təqdim edib.
Bankın yaydığı məlumata görə, biznes kartın və Miles&Smiles mil kartının bütün üstünlüklərini özündə cəmləşdirən bu premium sinif kartı iş adamlarının ehtiyacları üçün hazırlanmış və ilk dəfə Azərbaycan bazarında təqdim edilmişdir.
Unikal premium sinif kart məhsulu PASHA Bank Miles&Smiles Visa Business Platinum, Bankın və Visa beynəlxalq ödəmə sisteminin təklif etdiyi bütün müasir üstünlüklərdən yararlanmağa imkan yaradır. Bu biznes kartı sahibkarlara əməliyyat hesablarını və müvafiq hesabatların hazırlanması vaxtını optimallaşdırmağa, biznes proseslərini sürətləndirməyə, o cümlədən zəruri mal və xidmətlərin alınmasına, təchizatçılarla hesablaşma əməliyyatlarının həyata keçirilməsinə və s. imkan verir. Öz növbəsində, bu məhsul həm Azərbaycanda, həm də xaricdə istənilən əməliyyatlar üçün bonus milləri qazanmaq və hava limanlarında 300-dən çox istiqamətə aviabilet almaq üçün mübadilə etməyə imkan verən PASHA Bank Miles&Smiles Visa Platinum mil kartının bu kimi üstünlüklərini özündə cəmləşdirir. PAŞA Bankın premium biznes kartının digər üstünlüklərindən biri, kartın istifadəçiləri arasında ən çox tələb olunan xidmətlərdən biri olan və hava uçuşları tam bərpa olunduğu zaman, aktiv işgüzar turistlər üçün aktual olacaq Lounge Key1 şəbəkəsinin biznes zallarına pulsuz girişidir.
“PAŞA Bank olaraq müştərilərin biznes ehtiyaclarını ödəmək və ən yaxşı beynəlxalq təcrübəni tətbiq etmək üçün fərdi yanaşma sayəsində məhsul və xidmətlərimizin keyfiyyətini daim artırırıq, sahibkarlara bütün biznes problemlərini həll etməyə kömək edirik. Eyni yanaşmanı premium sinif kart məhsulu PASHA Bank Miles&Smiles Visa Business Platinumun hazırlanmasında istifadə etdik. Bu ödəmə vasitəsi, kart sahibi üçün geniş imkanlar açır və bununla da biznes xərclərini optimallaşdırmaq üçün əlverişli hesablaşma vasitəsi kimi istifadə olunmasına imkan verir, eyni zamanda PASHA Bank Miles&Smiles mil proqramından geniş imtiyaz və bonuslardan istifadə edir. Əminik ki, ölkənin iş adamları Azərbaycanın bank bazarında ilk dəfə olaraq PAŞA Bank tərəfindən təqdim olunan bu üstünlükləri layiqincə qiymətləndirəcəklər” - deyə, PAŞA Bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev vurğulayıb.
“Sahibkarlığın dəstəklənməsi “Visa”-nın əsas qlobal prioritetlərindən biri olaraq qalır. Azərbaycan bazarının yeni məhsullara açıq olması bizi sevindirir və bu, bizi iş üçün daha rahat həllər təklif etməyə sövq edir. Müasir dünyada daimi dəyişikliklərə və yeni şərtlərə tez uyğunlaşmaq və çətinliklərə tez cavab vermək vacibdir. Yeni kart məhsulu PASHA Bank Miles&Smiles Visa Business kartın ölkə daxili xidmətlərə, məsələn taksi, poçt, ofis xərclərinə və s. endirimlərərin olması, sahibkarların gündəlik işlərin öhdəsindən asanlıqla gələ biləcək, strateji biznes inkişafına vaxt ayıracaqdır. Kartın digər bir vacib xüsusiyyəti, korporativ kartlardan sui-istifadədən sığortalanmaqdır2. Beləliklə, sahibkarlar və menecerlər təşkilatın xərclərini effektiv şəkildə idarə edə və bütün xərclərin şəffaflığına və hesabatlılığına arxayın ola bilərlər” – deyə, “Visa”-nın Qafqaz üzrə regional meneceri Kristina Doroş vurğuladı.
PASHA Bank Miles&Smiles Visa Business Platinum kartını 3 il müddətinə birdəfəlik ödənişi cəmi 100 AZN təşkil edir və əlavə olaraq 2000 welcome-milini əldə etmək imkanı verir. Müştərilər bu kartı hər il hissə-hissə 30 AZN ödəyərək də əldə edə bilər. Bu halda welcome-mili 500 mil təşkil edəcək.
PAŞA Bank Miles&Smiles Business Platinum kartını almağa və ilk sahiblərindən biri olmağa tələsin!
PASHA Bank Miles&Smiles Visa Business Platinum kartının mil imtiyazlarının tam siyahısı ilə tanış olmaq və kartı sifariş etmək üçün http://www.miles.pashabank.az/ saytına keçid almaq və ya *9123 və (012) 496 50 00 nömrələrinə müraciət etmək kifayətdir. Həmçinin PAŞA Bankın filiallarına müraciət edərək kartları sifariş edə bilərsiniz.
Visa biznes-kartları üçün bütün imtiyazların tam siyahısı Visa veb saytında mövcuddur, əlavə təkliflər ilə isə Visa-nın Kiçik Bizneslərə Dəstək Platformasında tanış olmaq mümkümdür.
1 İldə 2 dəfə Lounge Key biznes-zalların istifadəsi
2 Corporate Liability Waiver Insurance (CLWI)
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
2 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























