970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
iç səhifə xəbər şəkil altı (mobil)_32

19 iyun 2026-cı il tarixində PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə Bakı Fond Birjasında yerləşdirilməsi yerli kapital bazarlarında tarixi rekord nəticənin əldə olunması ilə uğurla tamamlanmışdır.

PAŞA Kapital-ın yaydığı press-relizdə bildirilir ki, 13 aprel -12 iyun 2026-cı il tarixlərini əhatə edən abunə yazılışı dövründə ümumilikdə təxmini 18 000-ə yaxın unikal investor tərəfindən 20 000-dən çox sifariş yerləşdirilmişdir.

Yüksək investor marağı nəticəsində nəzərdə tutulan 51,3 milyon AZN həcmində emissiya üzrə ümumilikdə təxminən 66,3 milyon AZN məbləğində sifariş qeydə alınmışdır. Bu göstərici təklif olunan emissiya həcminin 129%-i səviyyəsində tələbin formalaşdığını göstərir.

PAŞA Bank səhmlərinin yerləşdirilməsinin yekun nəticələri, investor strukturu və digər göstəricilər barədə daha ətraflı məlumat gələn həftə ictimaiyyətə təqdim olunacaq.

PAŞA Kapital-ın əsas anderrayterliyi ilə həyata keçirilən IPO layihəsində ABB-İnvest və Unicapital investisiya şirkətləri də anderrayter qismində iştirak edib.

PAŞA Kapital İnvestisiya Şirkətinin xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün pashacapital.az saytına və ya 1548 qısa nömrəli Çağrı Mərkəzinə müraciət etməyiniz mümkündür.                    

19.06.2026 19:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19