Vergi güzəştləri verilmiş sahələr üzrə yeniliklər şərh edildi
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının iqtisadi fəallığa təsirinin azaldılması və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dəstək tədbirləri və proqramları həyata keçirilir. Tədbirlər çərçivəsində Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib, vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar verilib, müvafiq güzəşt və azadolmalardan istifadə etmək üçün vergi orqanlarına təqdim edilməli hesabatlarda yeniliklər edilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elmir Ramazanov Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində həyata keçirilən tədbirləri şərh edib.
E.Ramazanov bildirib ki, ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə geniş miqyasda vergi güzəştləri və azadolmalar verilib. Bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, 2020-ci ildə əldə edəcəkləri mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştləri əldə ediblər. Bundan əlavə, fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, onlar üçün daşınmaz əmlaka görə ödənilən icarə haqlarından tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib. 8 faiz vergi dərəcəsi ilə sadələşdirilmiş rejimdə fəaliyyət göstərən ictimai – iaşə obyektləri üçün vergi dərəcəsi 4 faizə, 2 faiz dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri üçün isə bu rəqəm 1 faizə endirilib. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığı və zəruri ehtiyaclarının təmin edilməsi məqsədi ilə idxal edilmiş məhsullar ƏDV-dən azad edilib, eyni zamanda həmin müddətdə hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdikləri hava gəmiləri əmlak vergisindən tam azad edilib.
E.Ramazanov bəyannamələrin yeni formada təqdim edilməsi ilə bağlı da məlumat verib. Bildirilib ki, mikro sahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına təqdim etməli olduqları sadələşdirilmiş vergi bəyannaməsinin verilmə müddəti, hesablanmış vergiləri, eyni zamanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, gəlir və əmlak vergisi üzrə öhdəlikləri 2020-ci il sentyabrın 1-nə kimi uzadılıb. Bundan əlavə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, əmlak və gəlir vergiləri üzrə cari ödəmələri, eyni zamanda əvvəlki ildə fəaliyyəti olmayıb cari ildə qeydiyyatdan keçmiş vergi ödəyiciləri mənfəət, gəlir və əmlak vergiləri üzrə cari ödəmələrindən tam məbləğdə azad ediliblər.
Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən Qanun 8 may 2020-ci il tarixdə təsdiqlənməsinə baxmayaraq 1 yanvar 2020-ci il tarixdən qüvvədə olduğu üçün 1-ci rüb üzrə vergi orqanları tərəfindən hesablanmış, eyni zamanda vergi ödəyiciləri tərəfindən könüllü təqdim edilmiş arayışlar üzrə hesablanmış cari hesablamalar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tam məbləğdə azaldılıb.
E.Ramazanov qeyd edib ki, bu güzəşt və azadolmaların bəyannamə formalarında əks etdirilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib edilməsi qaydaları təsdiqlənib. İlk növbədə sadələşdirilmiş verginin ödəyiciləri üçün “Sadələşdirilmiş vergi bəyannaməsi” düzəlişlər edilməklə istifadəyə verilib. 19 avqust tarixindən “Bəyannamə Tərtibatı Proqramı”nın (BTP) növbəti yeni versiyası istifadəyə verilib. Burada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə verilmiş müvafiq güzəşt və azadolmaları özündə əks etdirən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Torpaq vergisi bəyannaməsi” və “Gəlir vergisi bəyannaməsi”nin elektron formada tərtib edilərək vergi orqanına təqdim olunması imkanı yaradılıb. Hazırda digər tədiyyələr üzrə, o cümlədən əlavə dəyər vergisi, mənfəət və əmlak vergisi üzrə bəyannamələrin elektron qaydada tərtibatı zamanı güzəşt və azadolmaların nəzərə alınması istiqamətində işlər aparılır. Rəis müavini yaxın vaxtlarda həmin bəyannamələrin də elektron formasının vergi ödəyicilərinin istifadəsinə veriləcəyini bildirib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























