Bank of Baku ehtiyatlanmaqda davam edir
Bank of Baku ASC ehtiyatlanmaqda davam edir.
“Marja” xəbər verir ki, ötən il mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 117 milyon 659 min manat ayırmış Bank of Baku, bu ilin birinci rübündə ehtiyatlara 18 milyon 708 min manat ayırıb.
Ehtiyatlar bankın təhlükəsizlik yastığıdır. Böyük ehtiyata malik olan bank daha dayanıqlı olur. Bank of Baku erkən davranaraq böyük ehtiyat yaradır.
Ehtiyatlar qısa şəkildə izah edilərsə bankın fəaliyyəti ərzində mümkün zərərlərinin qarşılanması məqsədilə ayrılır. Belə izah etsək ki, bank tərəfindən aktivləri üzrə hər hansı gecikmə və ya geri qayıtmama ehtimalı (riski) artdığı halda, bankın bu zərərini qarşılamaq məqsədilə ehtiyatlar (rezervlər) ayrılmağa başlayır. Bu ehtiyatların ayrılması əlbəttə ki, müəyyən meyarlar əsasında aparılır. Aktivlərin gecikmə günləri üzrə riski artdıqca, uyğun olaraq bu zərərləri qarşılaya biləcək ehtiyatların faizləri də artır. Qeyd olunan ehtiyat faizlər üzrə ehtiyat məbləğləri üzrə hesablanaraq ehtiyatlanmanın yaradılması aparılır.
Bankın açıqldığı maliyyə hesabatlarından məlum olur ki, 2017-ci ilin yanvar-mart aylarında Bank of Bakunun cəmi gəlirləri 18 milyon 796 min manat təşkil edib. Bank ehtiyatların yaradılmasına 18 milyon 708 min manat nəzərdə tutduğundan ilk rüb 11 milyon 643 min manat zərər ilə başa vurulub.
31 Mart 2017-ci il tarixinə Bank of Baku 493 milyon 701 min manat cəmi aktivlərə, 431 milyon 392 min manat cəmi öhdəliklərə, 62 milyon 309 min manat cəmi öhdəliklərə malik olub. Ötən ilin sonunda Bank 549 milyon 609 min manat cəmi aktivlərə, 476 milyon 741 min manat cəmi öhdəliklərə, 72 milyon 867 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
-
- 7 d. əvvəl
-
17 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 25 d. əvvəl
-
47 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 49 d. əvvəl
-
54 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib




















