SOCAR 45 qəpiyə yanacaq satılan 4 məntəqəsini istifadəyə verdi - ÜNVANLAR
CNG-nin pərakəndə satış qiyməti bir kubmetr (1 litr benzinin təqribi ekvivalenti) üçün 0,45 manat təşkil edir. Aİ-92 benzinlə müqayisədə hər 3000 km-də 135 manat qənaət etməyə imkan yaradır. Aİ-95 benzinlə işləyən avtomobillərdə isə bu məbləğ 315 manat təşkil edir.
“SOCAR Petroleum” QSC daha 4 CNG (Sıxılmış Təbii Qaz- Compressed Natural Gas) məntəqəsini istifadəyə verib.
QSC-dən verilən məlumata görə, yeni məntəqələr Xəzər rayonu, Bakı Salyan şosesinin 70-ci km-i, Bakı-Quba yolunun 28-ci km-i və Xətai rayonu ərazisində yerləşir.
Yeni açılan 4 CNG terminalı ilə birlikdə artıq SOCAR-ın 9 yanacaqdoldurma məntəqəsində CNG satışı həyata keçirilir.
Qeyd edilib ki, CNG-nin hazırda sərfiyyat və təhlükəsizlik baxımdan bazarda olan ən əlverişli yanacaqdır. CNG-nin ekoloji cəhətdən də ən təmiz yanacaq olduğunu nəzərə alan SOCAR CNG satışı istiqamətində fəaliyyətini intensivləşdirir.
İnkişaf planına uyğun olaraq yaxın zamanda əlavə 12 CNG məntəqəsinin istismara verilməsi və şəbəkəyə daxil olan məntəqələrin sayının 21-ə çatdırılması planlaşdırılr.
“CNG-nin pərakəndə satış qiyməti bir kubmetr (1 litr benzinin təqribi ekvivalenti) üçün 0,45 manat təşkil edir. Aİ-92 benzinlə müqayisədə hər 3000 km-də 135 manat qənaət etməyə imkan yaradır. Aİ-95 benzinlə işləyən avtomobillərdə isə bu məbləğ 315 manat təşkil edir.
Digər yanacaq növlərinə nisbətən təbii qaz azotu 70-90%, karbon monoksidi 60-70%, karbon dioksidi isə 20-30% daha az emisiya edir. Təbii qazda kükürd olmadığından kükürd oksidləri yaranmır. Bu da, öz növbəsində mühərrikin metal səthlərinin aşınmasının qarşısını alır. Beləliklə, bu yanacağın keyfiyyətləri daxili yanma mühərriklərinin istismar və yağdəyişmə müddətinin uzadılmasına və yağdəyişmə xərclərinin azaldılmasına imkan verir. 2018-ci ildən etibarən ölkədə təbii qaz hasilatı artan həcmlərlə inkifaş etdiyi üçün gələcəkdə yanacaq bazarında CNG çatışmazlığı gözlənilmir”,- məlumatda qeyd edilib.
Qeyd edək ki, CNG təbii qazın 200 bar təzyiq altında sıxılmış formasıdır, 95% metandan ibarətdir. Satış qiymətinin aşağı olması bu mühərrik yanacağından istifadə edən istehlakçıların maliyyə vəsaitinə qənaət etməsinə şərait yaradır. Beynəlxalq təcrübəyə əsasən benzin və dizel yanacaq növlərinin əsas alternativi sayılan CNG ekoloji cəhətdən ən təmiz və təhlükəsiz mühərrik yanacağıdır və AVRO-6 ekoloji standartının tələblərinə cavab verir. Sərfiyyatı maye qaz (LPG) ilə müqayisədə 20% azdır. Azərbaycanda 2015-ci ildən etibarən ictimai nəqliyyatda istifadə edilir, 2018-ci ildən isə YDM şəbəkəsi vasitəsi ilə pərakəndə satılılr. CNG-nin Azərbaycanda əsas istifadəçilərindən biri də "BakuBus MMC"-dir.
Hazırda aşağıdakı ünvanlarda yerləşən YDM-lərdə CNG satışı həyata keçirilir:
1. Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfi
2. Sabunçu rayonu, Sabunçu dairəsinin cənub-qərb hissəsi (Olimpiya stadionunun yaxınlığı)
3. Xətai rayonu, Babək prospekti, 2315-ci məhəllə (keçmiş avtomobil bazarının yaxınlığı)
4. Yasamal rayonu, "Qanlı göl" adlanan ərazidə yerləşən avtomobil satış mərkəzinin şimalında, xarici dairəvi yolun sağ tərəfi.
5. Zığ-Hövsan yolundakı sıxılmış təbii qaz terminalının qarşısındakı qaz doldurma məntəqəsi
6.Xəzər rayonu, Mərdəkan-Qala yol ayrıcının cənub-qərb hissəsindəki YDM;
7.Bakı Salyan şosesinin 70-ci km-i, Hacıqabul-Astara yol ayrıcı, yolun sağ tərəfindəki YDM;
8.Bakı-Quba yolunun 28-ci km-də, yolun sağ tərəfində, Ceyranbatan qəsəbəsi yaxınlığındakı YDM;
9.Xətai rayonu, Nobel prospektindəki YDM.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
3 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
3 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
4 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!



















