"Bir kiloqramını 30-40 qəpiyə satırıq"
Tərtər rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb. İstehsal edilən məhsul ilk günlərdən yerli bazarlara, habelə Rusiya və Ukrayna bazarlarına göndərilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov bildirib ki, bağçılıq və meyvəçilik rayonda əhalinin əsas məşğuliyyət növlərindəndir. Bu sahədə xurma xüsusi yer tutur. Xurma ağacının məhsuldar və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağı artırır. Odur ki, tərtərli torpaq mülkiyyətçiləri hər il xurma bağlarını genişləndirirlər. Hazırda rayon ərazisində 450 hektardan çox xurma bağı var ki, onun da çoxu barverəndir. Kəndli fermerlər əsasən xurmanın “Şişburun” və “Karalyok” növlərinin əkilməsinə üstünlük verirlər. Həm ölkə bazarlarında, həm də şimal qonşularımız olan Rusiya və Ukrayna bazarlarında hər iki növdən olan xurmaya olan tələbat böyükdür.
Rayonun xurma istehsalı ilə məşğul olan yaşayış məntəqələrindən biri də Seydimli kəndidir. Kənd sakini Sərdar Tağıyev deyib: "10 il əvvəl 40 hektar sahədə xurma bağı salmışam. Bağda adi xurma, "Şişburun", "İspan" növləri üstünlük təşkil edir. Hər ağacdan 100 kiloqrama qədər, hər hektardan isə 20 tona yaxın məhsul götürürük. Bağın suvarılması damlama üsulu ilə həyata keçirilir. Yüksək məhsul əldə etmək üçün ağaclar vaxtında budanmalı, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmalı, mineral gübrə verilməlidir. Bu il bağlarda bol xurma yetişib. Alıcılıq qabiliyyəti yaxşıdır, meyvənin bir kiloqramını 30-40 qəpiyə satırıq".
Bağda yığılan xurma anbara daşınır. Burada yeşiklərə yığılaraq Rusiya və Ukraynaya göndərilir. Xurmanın daşınmasını həyata keçirən Fərhad Zeynalzadə Rusiya bazarlarında xurma meyvəsinə tələbatın yüksək olduğunu bildirib.
Qeyd edək ki, xurma orqanizm üçün faydalılığı ilə seçilən meyvədir. Onun tərkibində şəkər, protein, yağlar, C vitamini və aşı maddəsi var. Xalq təbabətində xurma müxtəlif mədə xəstəliklərinin sağaldılmasında tətbiq edilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 9 d. əvvəl
-
-
1 saat əvvəl
Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bank neft qiymətləri üzrə proqnozunu yenidən yüksəldib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Brent neftinə dair qiymət proqnozunu yuxarı istiqamətdə yeniləyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib
"Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir"
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Ən çox oxunanlar
ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
PAŞA Bank ağacəkmə aksiyasına qoşulub
Bu bank pulunuza illik 12% gəlir təklif edir
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın




.jpg)




.jpg)










