Neft, ABŞ-ın ehtiyatlarındakı azalma ilə bahalaşıb
ABŞ-da özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, xam neft ehtiyatları ötən həftə 10.96 milyon barrel düşüb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatın ehtiyatların bu həcmin yarısı qədər azalma göstərməsi gözlənilir. Həmçinin ABŞ Ticarət nümayəndəsi Robert Lighthizer Çin rəsmiləri ilə üz-üzə danışıqlar aparmaq üçün Çinə gedəcək. Dünyanın ən böyük iki iqtisadiyyatı arasında danışıqların bərpa edilməsi bazarlarda narahatlığı bir qədər azaldıb.
Əgər API-nin neftbaza göstəriciləri Enerji İnformasiya idarəsinin (EIA) rəsmi məlumatları ilə təsdiq edilərsə, ABŞ-da xam neft ehtiyatları altıncə həftə azalmış olacaq. Bu vəziyyət, Fars Körfəzində davam edən geosiyasi gərginliyin regiondan neft nəqlinə mənfi təsir göstərəcəyi narahatlıqlarının artdığı bir şəraitdə təklifin azalacağına işarə edir. Ancaq, tələbin azalacağı proqnozu, Beynəlxalq Valyuta Fondunun (BVF) Çərşənbə axşamı günü qlobal iqtisadi inkişaf proqnozlarını aşağı salması, ticarət məsələsində yanlış siyasət addımları və Brexit narahatlıqları ilə qalmaqdadır.
Bakı vaxtı ilə saat 12:20-də Brent nefti 0,2% bahalaşma ilə 63.95 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 3 gün sonra
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
-
2 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
2 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
12 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Rəsmi məzənnələr açıqlandı
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Ən çox oxunanlar
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi

























