"Hind kinematoqrafçıları Azərbaycanda hər ay bir film çəkirlər"
Bakıdan Dehliyə birbaşa aviareysin açılması tarixi əhəmiyyətli hadisədir. Çünki bütün iqtisadi əlaqələr, işgüzar insanların səfərləri, turistlərin bir ölkədən digərinə getməsi və ümumilikdə mədəni münasibətlər məhz birbaşa aviareyslərdən asılıdr.
Bu sözləri Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev deyib.
"Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanla Hindistan arasında insanların səfərləri əhəmiyyətli dərəcədə artacaq. Ölkəmizə çoxsaylı Hindistan nümayəndə heyəti və işgüzar adamlar gəlir, birbaşa aviareys sayəsində isə bu rəqəm qat-qat çoxalacaq. Güman edirəm ki, bunun nəticəsində Hindistanın biznes şirkətləri Azərbaycana böyük məbləğdə investisiya yatıracaqlar. Bir il öncəki rəqəmlərə nəzər salanda görərik ki, ölkəmizdə elədə çox Hindistan şirkəti fəaliyyət göstərmirdi. Lakin hazırda Azərbaycanda 230-dək hind şirkəti çalışır. Birbaşa aviareysin açılması sayəsində bu rəqəm artacaq", - deyə səfir qeyd edib.
O, Hindistanın turizm və kino şirkətlərinin Azərbaycana çox böyük maraq göstərdiyini bildirib: "Hind kinematoqrafçıları demək olar ki, Azərbaycanda hər ay bir film çəkirlər. Bu yaxınlarda Bollivudun ən məşhur 10 rejissor və prodüseri ölkəmizə səfər etməklə yeni çəkiliş məkanı kimi Azərbaycanı kəşf edib və çox bəyəniblər. Hindistan toyları da Azərbaycanda keçirilir və buna böyük maraq var. Birbaşa aviareysin açılması bütün bunların həyata keçirilməsində olduqca vacib vasitədir".
"Hindistan kimi nəhəng ölkədə bir neçə iqtisadi mərkəz var. Mumbay kimi 20 milyon əhalisi olan şəhərdən çoxsaylı insanlar Bakıya səfər etmək, ola bilsin ki Azərbaycan paytaxtından da Avropa ölkələrinə getmək marağındadırlar. Buna görə də, Hindistan və Azərbaycanın böyük şəhərləri arasında birbaşa aviareyslərin açılması həm ölkəmizə gələn turistlərin sayının artmasına xidmət edəcək, həm də Azərbaycanı Avropaya gedən hind turistlərə əlverişli tranzit ölkə kimi təqdim etməyə imkan verəcək. Bunun sayəsində ölkəmizin büdcəsinə əlavə gəlir daxil olacaq", - deyə səfir vurğulayıb.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) iyunun 25-dən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reysləri həyata keçirməyə başlayıb. AZAL-ın reysləri həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçirilir.

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 20 saat sonra
-
- 16 saat sonra
-
44 d. əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 47 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
1 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
1 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb










.jpg)













