Rüfət Aslanlı: Dollar/Manat məzənnəsi neftin qiymətindən asılı deyil
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı hesab edir ki, Dollar/Manat məzənnəsi neftin qiymətindən asılı deyil.
“Marja”nın məlumatına görə, təcrübəli maliyyəçi bildirib ki, Azərbaycanda məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarmaq doğru deyil:
“Jurnalistlər və bizim bir çox deputatlar məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarırlar. Axtarmayın, tapa bilməyəcəksiniz. Çünki məzənnə ilə neft qiymətləri arasında əlaqə yoxdur. Bizim halımızda əlaqə yoxdur. Bu bilərəkdən belə qoyulub. 1998-ci ildə biz Neft Fondunu yaradanda bilirdik ki, bir il ərzində ölkəmizə ÜDM-in 5 qatı həcmində valyuta daxil olacaq. Ona görə, biz həmin valyutanı iqtisadiyyatdan sterilizasiya edirdik, həmin valyuta Neft Fonduna gedirdi. Həmin dollar kütləsi bazara çıxmadığına görə, onun məzənnəyə təsiri yoxdur. İndi Dollar bazara necə çıxır – Neft Fondu büdcə öhdəliklərini yerinə yetirmək üçün Dollardakı vəsaiti bazara çıxardır, Manata çevirir və büdcəyə transfer edir. Bu da yenə neftin qiymətləri ilə əlaqəli deyil. Neft Fondunun büdcə ödənişlərinin rəvanlığına xidmət etmək, təmin etmək öhdəliyi var. Neft Fondu da büdcə qarşısındakı öhdəliyini Mərkəzi Bankla, Maliyyə Nazirliyi ilə müəyyən edərək, lazım olan vaxtda, lazımı məbləğlərdə Dollar satır.
Neftin qiymətinin bizim iqtisadiyyatın dayanıqlığına təsiri var. Amma neftin qiymətinin birbaşa dolların məzənnəsinə təsiri yoxdur,- o deyib.
Rusiyada neft qiymətləri Dollar/rubl məzənəsinə təsir edir. Rüfət Aslanlı bu barədə bildirib ki, Rusiyada neftdən gələn gəlirlər birbaşa onların fonduna getmir:
“Rusiyada tələb var ki, gələn vəsaitləri bazarda o fonda satsınlar.Və iki fondları var: Büdcənin sabitləşməsi üçün fond və yığım üçün fond. Stabilləşmə fondu ehtiyac olan məbləğdə vəsait aldıqdan sonra, qalanı yığım fonduna yönəldilir. Həmçinin Rusiyada neft şirkətləri neftin qiymətinə bağlıdırlar. Neftin qiyməti artanda onların ödəmələri də artır. Ödəmələri artanda, onlar gəlir kimi əldə etdikləri Dollardan çıxardıb bazarda satmalıdırlar. Neftin qiyməti qalxıb, çoxlu dollar əldə ediblər, eyni zamanda çoxlu da ödəmə etməlidirlər. Ödəmələr adətən rubl ilə olur. Buna görə,bazarda çoxlu Dollar satmalıdırlar. Bazara da çoxlu dollar çıxan zaman məzənnə düşür. Ona görə, neftin qiyməti qalxanda Rubulun da qiyməti qalxır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
46 d. əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
3 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
4 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Ən çox oxunanlar
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu






















