Heyvan satışı və kəsimi üçün ayrılan yerlərin siyahısı açıqlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı heyvan satışı və kəsimi üçün ayrılan yerlərin siyahısını açıqlayıb.
Agentlikdən bildirilib ki, bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə Bakıın küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunan müvəqqəti kəsim düşərgələrində həyata keçirmək tövsiyə olunur.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Artıq bunun üçün Bakı şəhərində və Abşeron rayonunda 33 yer müəyyənləşdirilib.
Bakı üzrə həmin yerlər aşağıdakı ünvanlarda yerləşir:
1. Gülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma idarəsinin arxası),
2. 20-ci sahə (Badamdar şossesi)
3. Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)
4. Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi,
5. Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (dördyol adlanan yer),
6. Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə 15 (heyvan bazarının yanı), Cəfər Xəndan küçəsi 54 ("Ət pavilyonu")
7. Şərifzadə küçəsi 1969,
8. Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 7,
9. M.Xiyabani küçəsi 10c
10. Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi),
11. Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı),
12. "Qoç-ət" MMC , Lökbatan qəsəbəsi
13. M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi,
14. "Azər-Aqro" MMC ,
15. Yeni Bakı Neftayırma Zavodu dairəsi,
16. Əliyar Əliyev küçəsi 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)
17. Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı,
18. Əlyar Əliyev küçəsi 36a ("Təbriz" KM, Keşlə bazarı)
19. Hövsan Qəsəbəsi, Hövsan-Türkan yolu (Ticarət Mərkəzinin qarşısı)
20. Yeni Günəşli V massivi ("Günəş" Ticarət Mərkəzi),
21. Qala qəsəbəsi Dəmiryol stansiyası (“Lambir” müəssisənin arxası),
22. Binə qəsəbəsi, "Öz Fermamızdan" MMC
23. Zabrat yolu "Azmeat" ət kəsimi məntəqəsinin qarşısındakı sahə
24. Zabrat-Kürdaxanı şossesinin sağ tərəfi
25. Zabrat-Maştağa şosesi ("Kanal" marketin yanı)
26. Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72
27. Sabunçu rayonu Nardaran qəsəbəsi, Mirzəfətəli Axundzadə küçəsi 107
28. Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 6 ("Sabunçu" mərasim evinin həyəti)
29. Ramana qəsəbəsi, Şuşa küçəsi
30. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi
31. Sabunçu rayonu, Zabrat qəsəbəsi "Azmeat" MMC
32. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6
Abşeron rayonu
33. "Səhliyalı" MMC, Xırdalan şəhəri Quşçuluq massivi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 38 d. əvvəl
-
45 d. əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
3 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Ən çox oxunanlar
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu







.jpg)









.jpg)


