Dolların düşməsi dayanır?
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Banklarda Dolların satış qiymətinin cüzi də olsa qalxdığı müşahidə edilir.
“Marja” xəbər verir ki, dünən axşam saatlarında 1 Dolları 1.79 manatdan satan NBC Bank bu gün Dollara 1.80 manat satış qiyməti təyin edib. Bank of Baku Dolların satış məzənnəsini 1.8260 manatdan 1.83 manata qaldırıb.
Digər banklar isə Dolların satış qiymətlərini aşağı salmayıblar, məzənnələr olduğu kimi qalıb.
Alış qiymətinin də kəskin düşdüyü müşahidə olunmayıb. Bazarda minimum alış qiyməti 1.65 səviyyəsində qalır. Əvvəlki günlərdə səhər saatlarında alış qiyməti xeyli aşağı düşürdü. Bu gün bir sıra banklarda alış qiyməti aşağı düşsə də, geriləmə 1.65 səviyyəsini qıra bilməyib. Alışı aşağı salan banklar dünən Dollara nisbətən yüksək alış qiyməti təyin edən banklardır.
Qısası, bankların bugünkü məzənnələrindən Dolların düşməsinin dayandığı hissi yaranır. Bu gün saat 12:00-da Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Dollar/Manat məzənnəsində ciddi dəyişiklik hərracın nəticəsindən asılı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
8 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)















