Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi

Təşəbbüs gənc qadınların sahibkarlıq və startap bacarıqlarının inkişafına yönəlib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı 2025” sosial layihə müsabiqəsinin qalibləri təşəbbüslərinin icrasını davam etdirirlər.

Bu təşəbbüslərdən biri olan “StartHer” layihəsi ilkin seçim mərhələsini uğurla tamamlayaraq icra mərhələsinə keçib. Layihə Quba rayonunda yaşayan gənc qadınların sahibkarlıq və startap sahəsində bilik və bacarıqlarının inkişafını hədəfləyir.

Proqram çərçivəsində 20 gənc qadın üçün startapların qurulması, sahibkarlığın əsasları, maliyyə savadlılığı, komanda işi və effektiv təqdimat bacarıqları kimi aktual mövzuları əhatə edən 8 təlim sessiyası təşkil olunacaq. Layihə müddətində iştirakçılar əldə etdikləri bilikləri praktik müstəvidə tətbiq edərək komandalar şəklində ideyalarını inkişaf etdirəcəklər. Təşəbbüs may ayında keçiriləcək hakatonla yekunlaşacaq və iştirakçılar hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandalar müxtəlif mükafatlarla təltif olunacaqlar.

Layihə İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Azercell-in artıq üç ildir həyata keçirdiyi bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləməklə ölkənin dayanıqlı inkişafına töhfə verməkdir. Müsabiqənin 2026-cı il üzrə çağırışı avqust ayında elan olunacaq.

 

Azercell StartHer Quba StartHer layihəsi Qubada qadın sahibkarlığı Qubada startap layihəsi gənc qadın sahibkarlar startap təlim proqramı qadınların iqtisadi müstəqilliyi Azercell sosial layihə Azercell qadınlara dəstək proqramı Həyatı daha dolğun edirik qadınlara dəstək proqramı Qubada gənc qadınlar üçün layihə startap bacarıqları təlimi maliyyə savadlılığı təlimi komanda işi və təqdimat bacarıqları startap hakaton Azərbaycan qadınlar üçün startap proqramı İnnovativ İnkişafa Dəstək İctimai Birliyi qadın sahibkarlığının inkişafı Azərbaycanda qadın sahibkarlığı layihələri Azercell sosial məsuliyyət layihələri Azərbaycanda startap təlimləri Qubada sosial layihə Azercell layihələri 2026
15.04.2026 17:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18