“Bank Avrasiya”nın xalis mənfəəti 2 dəfədən çox azaldı
“Bank Avrasiya” ASC 2018-ci ilin 1-ci rübünü 3 milyon 233.7 min manat xalis mənfəətlə başa vurub.
Bankın faiz, qeyri-faiz gəlirləri və əməliyyat mənfəəti azalıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə Bankın faiz gəlirləri 2 milyon 794 min manat, qeyri-faiz gəlirləri isə 296.9 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra Bankın 1 milyon 379.5 min manat əməliyyat mənfəəti qalıb. Eyni zamanda, ehtiyatlardan (kredit və depozit itkiləri üzrə yaradılmış ehtiyat) 1 milyon 853.2min manat gəlirə çevrilib. Nəticədə bankın mənfəəti 3 milyon 233.7 min manata yüksəlib.
“Bank Avrasiya” 2017-ci ilin 1-ci rübünü 7 milyon 360.4 min manat xalis mənfəətlə başa vurmuşdu. Həmin dövrdə bankın faiz gəlirləri 2 milyon 990 min manat, qeyri-faiz gəlirləri 932.9 min manat, xərclər çıxıldıqdan sonra əməliyyat mənfəəti 2 milyon 126.7 min manat təşkil etmişdi. Eyni zamanda, ehtiyatların 5 milyon 242.7 min manatı gəlirə çevrilmişdi. Bu səbəbdən Bnkın xalis mənfəəti artmışdı.
"Bank Avrasiya" ASC 31.03.2018-ci il tarixində 162 milyon 216 min manat cəmi aktivlərə, 100 milyon 2.7 min manat cəmi öhdəliklərə və 62 milyon 213.6 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 151 milyon 223 min manat cəmi aktivlərə, 92 milyon 311 min manat cəmi öhdəliklərə və 58 milyon 912 min manat cəmi kapitala malik idi.
Bankın müştərilərə verdiyi kreditlər 85 milyon 324 min manatdan 89 milyon 790 min manata yüksəlib.
Ötən ilin sonu ilə müqayisədə "Bank Avrasiya"da maliyyə sektoruna ödəniləcək vəsaitlər, müştərilərin cari hesabları və müştərilərin depozitləri də artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















