Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana turist axını azalıb

Ötən il Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı 2,4 faiz azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 865,7 min nəfər olmub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana turist axını azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.

Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ildə Azərbaycan Respublikasına dünyanın 189 ölkəsindən 2 milyon 570,2 min və ya əvvəlki illə müqayisədə 2,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Reklam_3_11

Gələnlərin 23,9 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 faizi İsrail, 2,5 faizi Çin, 2,4 faizi Özbəkistan, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,0 faizini kişilər, 33,0 faizini qadınlar təşkil etmişdir.

2024-cü illə müqayisədə İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan - 1,6 dəfə, İordaniyadan - 49,9 faiz, Çindən - 41,7 faiz, Özbəkistandan - 34,3 faiz, Qırğızıstandan - 33,7 faiz, Niderlanddan - 27,5 faiz, Yaponiyadan - 25,8 faiz, Qazaxıstandan - 20,1 faiz, İtaliyadan - 13,7 faiz, Pakistandan - 12,5 faiz, Almaniyadan - 11,1 faiz artmışdır.

2024-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 faiz azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 865,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 2,0 faiz artaraq 1169,6 min nəfər təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.                                                                                                                             

2024-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 2 milyon 109,9 min nəfər olmuşdur. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 20,4 faiz, İrana gedənlərin sayı 9,2 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,6 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 14,5 faizi Rusiya Federasiyasına, 10,7 faizi Gürcüstana, 9,7 faizi İrana, 23,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,5 faizini kişilər, 36,5 faizini qadınlar təşkil etmişdir.                                                        

2025-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,6 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

İş elanları AzVak.az-da

23.01.2026 15:12

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18