"Rabitəbank"ın yeni səhmlərini kimlərin aldığı açıqlandı
Xəbər verdiyimiz kimi, "Rabitəbank" ASC 2018-ci ilin Fevral ayında nizamnamə kapitalını 12,8 milyon manat artıraraq 101,3 milyon manata qaldırıb.
"Marja" xəbər verir ki, bu gün açıqlanan insayder əqdi barədə məlumatlara görə, yeni səhmlər Əliyev Rauf Zeynal oğlu və Abasova Validə Maarif qızı tərəfindən alınıb. Bu şəxslər bankın digər möcvud səhmdarlarından da pay alıblar.
Əliyev Rauf Zeynal oğlu iki müqavilə ilə hər birinin nominal dəyəri 20,29 manat olan 515 517 səhmi əldə edib (cəmi 10 459 838 manat). Nəticədə onun Bankın nizamnamə kapitalında payı 1 497 783 ədəd səhmlə 30%-ə qalxıb. Rauf Əliyev 15 Fevral tarixində bağlanmış müqavilə ilə 6 500 002,95 manatlıq, 21 fevral 2018-ci il tarixində bağlanmış müqavilə ilə isə 3 959 836.98 manatlıq səhm alınıb.
Abasova Validə Maarif qızı da iki müqavilə ilə hər birinin nominal dəyəri 20,29 manat olan 528 602 ədəd səhm əldə edib (10 725 334 manat). Nəticədə onun Bankın nizamnamə kapitalında payı 1 497 783 ədəd səhmlə 30%-ə qalxıb. 15 Fevral tarixində bağlanmış müqavilə ilə 6 300 004,42 manatlıq, 21 fevral 2018-ci il tarixində bağlanmış müqavilə ilə isə 4 425 330.16 manatlıq səhm alınıb.
Hər iki şəxs Bankın mövcud səhmdarlarıdır. Həmçinin Rauf Zeynal oğlu Əliyev “Meqa Sığorta” ASC-nin 19% payla səhmdarıdır.
Bundan əvvəl Rauf Zeynal oğlu Əliyevin payı 22,5%, Validə Maarif qızı Abasovanın payı isə 22,2% idi.
Eyni zamanda, Zakir Əlibala oğlu Nuriyev (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyev (Müşahidə Şurasının üzvü), Seyran Əlibala oğlu Nuriyev (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyeva, Yaşar Feyzi oğlu Qurbanov ("Meqa Sığorta"nın 15%-lik səhmdarı), eləcə də digər fiziki şəxslər də "Rabitəbank"ın səhmdarlarıdır.
MÖVCUD SƏHMLƏRDƏN DƏ ƏLDƏ ETMİŞDİLƏR
Fevral ayının 5-də Bakı Fond Birjasında “Rabitəbank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 2 insayder əqdi bağlanmışdı.
Əqdlərdən biri Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 554 814 ədəd səhminin (11 257 176,06 manatlıq) əldə edilməsini nəzərdə tutur.
Qiymətli kağızları “Azfinance” investisiya şirkətinin vasitəçiliyi ilə Rauf Zeynal oğlu Əliyev əldə etmişdi. Bununla da, onun “Rabitəbank”dakı səhmlərinin sayı 982 266-ya, Bankın nizamnamə kapitalındakı payı isə 22,52%-ə çatmışdı.
2-ci insayder əqdi də Bankın 554 814 ədəd səhminin əldə olunması ilə bağlı idi. Həmin səhmləri də “Azfinance” investisiya şirkətinin vasitəçiliyi ilə Validə Maarif qızı Abasova əldə etmişdi. Bununla da, onun “Rabitəbank”dakı səhmlərinin sayı 969 181-ə, Bankın nizamnamə kapitalındakı payı isə 22,22%-ə çatmışdı. Hər iki şəxs yeni buraxılmış səhmləri də əldə etdikdən sonra Bankda paylarını artırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
48 d. əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 50 d. əvvəl
-
1 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
1 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
1 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
2 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
2 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu



























