Banklarla kapital bazarının inkişafı istiqamətində görüş keçirilib

Cari ilin 27 noyabr tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə görüş təşkil edildi.
Palatadan "Marja"ya daxil olmuş məlumata görə. görüşdə bankların kapital bazarlarında birbaşa iştirak etməsi və investisiya xidmətlərini həyata keçirməsi, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar keçirildi. Qeyd olundu ki, bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsi bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər.
Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları ətrafında müzakirələr aparıldı, fikirlər dinlənildi. Qərara alındı ki, təqdim edilmiş mövzular üzrə işlər davam etdirilsin.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
