970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

3-cü KOB klaster şirkəti yaradılıb - Şəhadətnamə verildi

Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq. Layihəyə ilkin mərhələdə 5 milyon manat olmaqla, ümumilikdə 8 milyon manat həcmində investisiya yatırılması nəzərdə tutulur.
AzVak-mobil_resmin_ustu_31
3-cü KOB klaster şirkəti yaradılıb - Şəhadətnamə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Healthtech Solutions KOB Klaster Şirkəti"nə KOB klaster şəhadətnaməsi verilib.

Ölkədə sayca üçüncü KOB klaster şirkəti – "Healthtech Solutions KOB Klaster Şirkəti" MMC yaradılıb.

Reklam_3_11

MArja xəbər verir ki, “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə şirkət arasında görüş keçirilib və şirkətə vergi güzəştlərini nəzərdə tutan KOB klaster şəhadətnaməsi təqdim olunub.

Bakı şəhərində fəaliyyət göstərəcək müəssisə laboratoriyalarda istifadə olunan test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsal edəcək. Layihəyə ilkin mərhələdə 5 milyon manat olmaqla, ümumilikdə 8 milyon manat həcmində investisiya yatırılması nəzərdə tutulur. Müəssisədə ilkin mərhələdə 10-a yaxın, ortamüddətli dövrdə isə 50 nəfərin daimi iş yeri ilə təmin olunması planlaşdırılır.

Artıq 11 KOB subyekti KOB klaster şirkətinin iştirakçısıdır. Bu şirkətlər KOB klaster şirkətinə istehsal prosesinin fasiləsizliyini və effektiv idarə olunmasını təmin edəcək xammal tədarükü, logistika, avadanlıqların təmiri, tikinti-quraşdırma, İT, dizayn və digər istiqamətlərdə xidmətlər göstərəcək.

Qanunvericiliyə əsasən, KOB klaster şirkəti və onun iştirakçıları reyestrə daxil edildiyi tarixdən etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən, habelə texnoloji avadanlıqların idxalı zamanı ƏDV-dən azad olunmaqla geniş dövlət dəstəyi və vergi güzəştlərindən yararlanacaqlar.

Müəssisənin fəaliyyəti laboratoriya və tibbi sərf materialları üzrə yerli istehsalın inkişafına, bu sahədə idxalın əvəzlənməsinə və ixrac potensialının artırılmasına xidmət edəcək.

Qeyd edək ki, “KOB klaster şirkəti” və “KOB klaster iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dır. İndiyədək Agentlik tərəfindən iki şirkətə KOB klaster şəhadətnaməsi verilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Healthtech Solutions Healthtech Solutions KOB Klaster Şirkəti KOB klaster şirkəti KOB klaster şəhadətnaməsi KOBİA Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Bakı KOB evi KOB klaster iştirakçıları KOB subyektləri KOB klaster reyestri üçüncü KOB klaster şirkəti vergi güzəştləri dövlət dəstəyi mənfəət vergisi güzəşti torpaq vergisi güzəşti əmlak vergisi güzəşti ƏDV-dən azadolma texnoloji avadanlıq idxalı tibbi məhsullar istehsalı laboratoriya test kitləri test kitləri istehsalı tibbi təyinatlı plastik qablaşdırma tibbi sərf materialları laboratoriya məhsulları yerli istehsal idxalın əvəzlənməsi ixrac potensialı səhiyyə texnologiyaları healthtech tibbi sənaye laboratoriya avadanlıqları tibbi qablaşdırma
03.07.2026 17:28
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19