ExpressPay ilə yol polisi cərimələri üzrə ödənişlərin sayı artır
Dövlət Yol Polisi cərimələrinin ödənişi üçün ExpressPay terminallarını seçən müştərilərin sayı artmaqdadır. Siz də 24 saat xidmətinizdə olan, ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda, yanacaq doldurma məntəqələrində 500 - dən artıq sayda quraşdırılmış ExpressPay ödəniş terminalları ilə günün istənilən vaxtında cərimələrinizi rahat və sürətlə ödəyə bilərsiniz.
Ümumiyyətlə, ExpressPay hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə müxtəlif növ dövlət ödənişlərini ödəməyə imkan verir. Belə ki, müştərilər ipoteka ödənişlərini, vergi, gömrük və s. kimi dövlət rüsumlarını ExpressPay terminalları vasitəsilə həyata keçirə bilərlər. Ümumilikdə, ExpressPay terminalları ilə 120-dək dövlət xidməti üzrə ödəniş etmək mümkündür.
Bundan əlavə, ödəniş terminallarında Expressbank-a aid ödənişlər, digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişlər də mövcuddur.
2014-cü ildən bu günədək ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda, yanacaq doldurma məntəqələrində 500-dən artıq ExpressPay terminalları quraşdırılmışdır. Bu terminalları vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur.
Müştərilərlə şəffaf və operativ münasibətlər üçün ExpressPay ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti yaradılıb. Belə ki, müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə ismarıc yaza bilərlər.
Expressbank-ın xidmətləri və ExpressPay barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinəwww.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























