Tramp: “Rusiya ilə iş görən hər bir ölkəyə çox ağır sanksiyalar gəlir”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Respublikaçı Partiya Rusiya ilə ticarət əlaqələrini davam etdirən ölkələrə genişmiqyaslı sanksiyalar nəzərdə tutan qanun layihəsi üzərində işləyir.
Marja xəbər verir ki, Tramp bu təşəbbüsü dəstəklədiyini vurğulayaraq deyib: “Bu mənim üçün tam uyğundur. Hətta bu fikri mən təklif etmişdim.”
“Rusiya ilə iş görən hər kəs ağır cəzalandırılacaq”
Tramp qeyd edib ki, respublikaçıların hazırladığı təklif Rusiyayla iqtisadi əlaqələrini kəsməyən ölkələri hədəf alacaq.
“Rusiya ilə iş görən hər hansı bir ölkə çox ağır sanksiyalarla üzləşəcək”, – deyən Tramp, İranın da sanksiya siyahısına əlavə edilə biləcəyini söyləyib.
“Siyahıya İranı da əlavə edə bilərik” ifadəsini işlədən Tramp, qanun layihəsinə tam dəstək verdiyini bir daha vurğulayıb.
İranın vurğulanması yeni gərginlik yarada bilər
Layihə xüsusilə enerji, müdafiə və maliyyə sahələrində Rusiya ilə əməkdaşlığı davam etdirən ölkələri birbaşa təsirləndirə bilər. İranın bu siyahıya daxil edilməsi ehtimalı isə Vaşinqtonun xarici siyasət gündəmində yeni bir gərginlik xətti yarada bilər.
Konqresdə sərt sanksiya xətti güclənir
Respublikaçılar Rusiyaya qarşı təzyiqi artırmağı hədəfləyən bu qanun layihəsi ilə qlobal aktorları Moskva ilə münasibətlərinə yenidən baxmağa məcbur etməyi planlaşdırırlar. Qanun layihəsinin detalları qarşıdakı günlərdə Konqresin müzakirəsinə çıxarılacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
12 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























