Həyat sığortası sadəcə böyüklər üçün deyil!
Valideyn olmaq – qorumaq, dəstək olmaq və gələcəyi düşünmək deməkdir. Bəzən bu vəzifə o qədər emosional olur ki, biz nəyin həqiqətən vacib olduğunu anlamaqda çətinlik çəkirik. Xüsusilə “uşaq üçün həyat sığortası” kimi bir məsələ gündəmə gələndə, çoxları dərhal emosional reaksiya verir: “Uşağa həyat sığortası? Niyə lazım olsun ki?”
Əslində, məsələ sadəcə bir sığorta əldə etmək deyil. Məsələ budur: valideyn olaraq biz riskləri nə dərəcədə düzgün anlayırıq və buna hazırıqmı?
Bu yazıda “The Mom Test” (Rob Fitzpatrick ) adlı kitabdan ilhamlanaraq, uşaqlar üçün həyat sığortasının əhəmiyyətini dürüst və real şəkildə izah etməyə çalışacağıq – yəni emosiyalarla yox, ehtiyaclar və həqiqətlərlə izah edəcəyik.
“The Mom Test” strategiyası bizə öyrədir ki, insanları yönləndirmədən, onların real təcrübələrini danışmalarına imkan verməliyik.
Məsələn, aşağıdakı suallara cavab verə bilən valideynlər, əslində sığortanın mahiyyətini dərk etmiş olurlar:
“Uşağınızın sağlamlığı ilə bağlı sizi ən çox nə narahat edir?”
“Son aylarda sizin üçün övladınızla bağlı gözlənilməz xərclər olubmu?”
“Çətin günlər üçün nə kimi planınız var?” və s.
Valideynlərə uşaqlarının sağlamlığı, sığortası haqqında danışmaq bəzən çətin görünə bilər. Çünki məsələ çox həssasdır – uşağın gələcəyindən, ehtimal edilən risklərdən və maliyyə planlamasından bəhs edilir.
Sağlamlığa qorxu yükləmək yox, onu anlayaraq, real faktlar və ehtiyaclarla qarşılaşdırmaq daha uğurlu nəticə verir. Çünki həyat sığortası yalnız maliyyə məhsulu deyil, valideynin “Mən övladımı qorumaq üçün üzərimə düşəni edirəm” deyə biləcəyi bir daxili rahatlıqdır.
Daha ətraflı məlumat üçün linkə daxil olun: https://pasha-life.az/products/usaqlar-ucun-heyat-sigortasi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 30 d. əvvəl
-
40 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 45 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb




.jpg)










.jpg)









