Ziraat Bank Azərbaycan Çinə birbaşa köçürmə imkanını təqdim etdi!
Daimə korporativ müştərilər üçün yeni imkanlar yaradan Ziraat Bank Azərbaycan bu dəfə xarici ticarətlə məşğul olan sahibkarlara operativ və geniş çeşidli bank xidmətlərini təqdim etmək məqsədi ilə müxbir əlaqələrini genişləndirib.
Dünyanın 20 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü Ziraat Bank Azərbaycan, Çin Xalq Respublikasında fəaliyyət göstərən nüfuzlu maliyyə institutunda Çin yuanı ilə köçürmələr üçün yeni müxbir hesab açıb.
Yeni müxbir hesab, Çinlə ticari əlaqələr quran hüquqi şəxslərin ehtiyac və tələblərinə uyğun olaraq açılıb. Müştərilər ödənişlərini birbaşa Yuan valyutası ilə həyata keçirə və əməliyyatlarını daha səmərəli və sürətli şəkildə icra edə bilərlər.
Avropa, Amerika və Asiyanın aparıcı banklarında müxbir hesabların mövcudluğu, Ziraat Bank Azərbaycana öz müştərilərinə daha sürətli və əhatəli bank xidmətlərini təqdim etməyə imkan verir. Müxbir hesablarının geniş çeşidliyi Banka xarici ticarətlə məşğul olan müştərilərinə keyfiyyətli bank xidmətləri təqdim etmək üçün şərait yaradır.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























