EY şirkəti Azərbaycanın ən əzmkar sahibkarlarını mükafatlandırır
“EY İlin İş Adamı - 2025” mükafatının qalibi məlum oldu. İş qadını 12 güclü namizəd arasından seçildi.(®) 20 fevral 2025-ci il tarixində EY Azərbaycan şirkəti “EY İlin İş Adamı” mükafatının qalibini elan etdi.
Bu ilki müsabiqənin qalibi Princeps Legem şirkətinin təsisçisi Gülbəniz Məmmədova oldu.
Qalib Azərbaycanı müsabiqənin beynəlxalq mərhələsində təmsil edəcək və dünyanın ən yenilikçi və əzmkar iş adamları ilə “Dünya üzrə İlin İş Adamı” adı uğrunda mübarizə aparacaq.
Azərbaycanın iş adamları arasında artıq altıncı ildir ki keçirilən bu müsabiqə ABB-nın baş sponsorluğu və bp şirkətinin maliyyə dəstəyi ilə təşkil olunur. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, EKVITA konsaltinq şirkəti, Tayms Konsaltinq reklam agentliyi və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) müsabiqənin tərəfdaşları sırasındadır.
Müsabiqənin qalibi işgüzar aləmin nüfuzlu nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 12 güclü namizəd arasından seçilib.
Münsiflər heyətinin üzvləri xüsusi nominasiyalar üzrə qalibləri də müəyyən ediblər:
İnnovasiya – Bəhruz Rüstəmov, Upsystems;
Qadın sahibkarılığnda mükəmməllik – Səbinə Qazızadə, SDA Consulting
Regional inkişaf – Elçin Əliyev, Regional Hospital
Sənayenin aparıcı qüvvəsi - Kamran Salayev, Spektr Group
Qalibin adı açıqlandıqdan sonra Gülbəniz Məmmədova fikirləri ilə bölüşüb: “Çox həyəcanlıyam. Bu gün burada dayandığım üçün həqiqətən qürur duyuram. Münsiflərlə müsahibə mərhələsində qeyd etdiyim kimi, 19 yaşında işləməyə başladım, gənc yaşımda ana oldum. Bu gün burada olmağımın səbəbi övladlarımdır, çünki onlar üçün ayaq üstə durmağı özümə borc bilirdim, alın təri və zəhmətlə çalışırdım. Səylərimin yüksək qiymətləndirilməsinə görə təşəkkür edirəm. Hesab edirəm ki, bu nailiyyətim digər qadınlar üçün də motivasiya mənbəyinə çevrilə bilər. Təşkilatçılara, münsiflər heyətinə dərin minnətdarlığımı bildirirəm”.
“EY İlin İş Adamı” müsabiqəsi haqqında
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, onların liderlik bacarıqları və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. “EY İlin İş Adamı” müsabiqəsi bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində təşkil edilir. Proqram idarəetmə bacarığı, qətiyyət, innovativ düşüncə və digər mühüm keyfiyyət və səriştələri özündə birləşdirən sahibkarları təqdir edir.
Proqram haqqında daha ətraflı məlumat üçün bu linkə keçid edin: www.eoy.az
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
8 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
8 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Ən çox oxunanlar
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir






















