Elektronika mağazaları şəbəkələri arasında "İrşad" ən çox vergi ödəyən şirkət olub
İrşad 2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən 100 vergi ödəyicisinin siyahısında yer alıb. Şirkətin ödədiyi vergi məbləği 14,3 milyon manat təşkil edib ki, bu da onun iqtisadi aktivliyinin və bazardakı mövqeyinin göstəricisidir.
Azərbaycanın ən çox vergi ödəyən şirkətləri ilə bağlı siyahının açıqlanması biznes mühitində şəffaflığın artırılması baxımından əhəmiyyətli addımlardan biri hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələrdə bu cür məlumatların paylaşılması biznes subyektlərinin iqtisadiyyata verdiyi töhfənin daha aydın görünməsinə imkan yaradır. Həmçinin, bu cür açıqlamalar şirkətlərin fəaliyyətində şəffaflıq prinsipinin nə dərəcədə ön planda olduğunu nümayiş etdirir.
Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan özəl sektorun aparıcı nümayəndələrindən biri olan İrşad da ölkənin ən çox vergi ödəyən 100 şirkətləri arasında yer alıb.
İrşad-ın yaydığı məlumatda bildirilir ki, son illərdə dinamik inkişaf yolu keçən şirkət, həm iqtisadi göstəriciləri, həm də dövlət büdcəsinə verdiyi töhfə ilə diqqət çəkir.
Açıqlanan rəsmi siyahıya əsasən, İrşad 2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən 100 vergi ödəyicisinin siyahısında yer alıb. Şirkətin ödədiyi vergi məbləği 14,3 milyon manat təşkil edib ki, bu da onun iqtisadi aktivliyinin və bazardakı mövqeyinin göstəricisidir.
Qeyd edilib ki, Azərbaycanda bu cür məlumatların ictimaiyyətə təqdim olunması, həm biznes sektorunda rəqabət mühitini gücləndirir, həm də istehlakçıların seçim meyarlarına təsir göstərir. Müasir istehlakçı davranışları üzərində aparılan araşdırmalar da göstərir ki, vətəndaşlar daha çox şəffaf və sosial məsuliyyətli şirkətləri seçməyə meyillidirlər.
"İrşad-ın bu siyahıda yer alması onun bazardakı mövqeyinin və iqtisadi aktivliyinin göstəricisi olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatına töhfəsinin bariz nümunəsidir",- məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycanın ən çox vergi ödəyən şirkətləri siyahısı ölkə iqtisadiyyatında mühüm rol oynayan müəssisələri müəyyən etməklə yanaşı, biznes sektorunda şəffaflıq və inkişaf göstəricilərini də əks etdirir. Siyahı ilə buradan ətraflı tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
-
30 d. əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
3 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 13 saat əvvəl
-
17 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
18 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
19 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
19 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
